
Bu gün bir qrup şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvləri Milli Məclisin qarşısında etiraz aksiyası keçirmək üçün toplaşıb. Lakin onların etiraz aksiyası keçirməsinə ehtiyac olmayıb. Şəhid ailələrini I vitse-spiker Ziyafət Əsgərov qəbul edərək şikayətlərini dinləyib.
Virtualaz.org saytı xəbər verir ki, onların tələbi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq şəhid ailələrinə 11 min manat olan dövlət icbari sığorta pulu ödənilməsi ilə bağlı olub.
2010-cu ildən bu günə kimi şəhid olmuş şəxslərin varisləri və aldıqları xəsarətlərdən əlil olmuş şəxslərə ödənilməli olan dövlət icbari sığorta ödənişləri verilmir. Şəhid ailələrinin üzvləri bu günədək Prezident Administrasiyasının, Milli Məclisin, Konstutisiya Məhkəməsinin qarşısında dəfələrlə etiraz aksiyası keçirsələr də onlara hər dəfə vədlər verilərək yola salınıblar.
Bu dəfə isə şikayətçiləri parlamentin I vitse-sipikeri Ziyafət Əgərov qəbul edib. Z.Əsgərovun görüşündən çıxan şəhid alilələri görüşdən razı olduqlarını bildiriblər.
Ziyafət Əsgərovla görüşdə iştirak edən Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova virtualaz.org saytının müxbirinə bildirib ki, onları qəbul edən Z.Əsgərov söz verib ki, tezliklə bu məsələ Milli Məclisin gündəliyinə salınacaq və məsələnin həll edilməsinə çalışılacaq.
14:34
Bu gün səhər saatlarında bir qrup şəhid ailəsinin üzvləri Milli Məclisin qarşısında etiraz aksiyası keçirdilər. Aksiyaya səbəb aktiv hərbi əməliyyatlar gedən dövrdə (1992-1994-cü illərdə) ölkənin ərazi bütövlüyü və suverinliyi uğrunda şəhid olan şəxslərin ailə üzvlərinə sığorta ödənişinin verilməməsidir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti ailələrə bildirib ki, sığorta ödənişini həyata keçirmək üçün Milli Məclisin qərarı olmalıdır.
Etirazçılar bildirirlər ki, atəşkəs dövründə şəhid olanların ailələrinə sığorta ödənişi verilsə də, Qarabağ müharibəsi dövründə şəhid olanların ailələri prosesdən kənarda qalıb.
Aksiyaçıların nümayəndələrini qəbul edən Milli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, şəhid ailələrinə verilməli olan sığorta ödənişini parlamentdə qaldıracaq və dövlət büdcəsindən vəsaitin ayrılmasını istəyəcək. /bizimyol.info

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi