Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2014
14:37
1192
Deputat və Qarabağ qazisi: Ailənin tək oğlu cəbhəyə aparılmamalıdır

"Bu, hamımızı ağrıdan xəbərə çevrildi. Çünki 23 yaşlı şəhid leytenant Allahverdi Baxışlı haqda xəbər yayılarkən bəlli oldu ki, onun atası da şəhid olubmuş. Bununla da bir nəslin davamı zərbə altına alındı. Onun şəhid övladı, eyni zamanda ailənin tək övladı olması ilə bir ailənin həyatı bitdi." Bunu Modern.az saytına Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc şənbə günü şəhid olan Allahverdi Baxışlının timsalında ailənin tək oğlanlarının ön cəbhəyə aparılması məsələsinə münasibət bildirərkən deyib.

“Qanunvericilikdə mütləq dəyişikliklər etməliyik. Zamanında tək övladlı ailələr üçün məsələ qalxanda deyildi ki, bu, on minlərlə insanın hərbi xidmətdən qalmasına səbəb ola bilər. Amma bütövlükdə onları xidmətdən azad etmək yanlışdır”.

Z.Oruc hesab edir ki, bu məqam dislokasiyalar üzrə bölgüdə öz əksini tapmalıdır:  

“İstənilən şəkildə valideynini itirən ailənin tək övladının ön cəbhədə xidmət məsələsinə mütləq baxmalıyıq. Zənn edirəm ki,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıların göndərişini həyata keçirərkən belə şəxsləri istisna hal kimi digər siyahılara daxil etməlidir. Onlar cəbhəyanı ərazilərdən 30-40 kilometr uzaqlıqda xidmət etməlidir ki, ailənin çırağı da sönməsin”.

Deputatın sözlərinə görə, parlament üzvləri cəmiyyətdən gələn çağırışları dəyərləndirirlər: 

“Söhbət ailənin tək övladlarına möhlət hüquqlarının verilməsi, yaxud xidmətə çağırılmamağından getmir. Ailə başçısını itirən, tək övladlı ailələr üçün dəyişikliklər mütləq edilməlidir. Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü kimi bu məsələni parlamentin növbəti iclaslarında qaldıracağam”.

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu da deputatın fikirlərinə dəstək verib: “Allahverdi Baxışlının şəhid olması məni də sarsıtdı, narahat etdi. Düşünürəm ki, qanunvericilikdə bu barədə bir maddə olmalıdır, əgər yoxdursa, bu böyük boşluqdur. Bir övladı olan, atasını itirən çağırışçılar ön cəbhəyə aparılmamalıdır. Atası şəhid olmuşdusa, ön cəbhəyə göndərilməməli idi. Dövlətə yalnız ön cəbhədə fədakarlıq lazım deyil”.

Jurnalistin sözlərinə görə, Allahverdi Baxışlı arxa cəbhədə saxlansa idi, onun itkisi bir nəslin tükənməsinə səbəb olmazdı: “Onun ölməsi ilə bir ailə, bir nəsil üzərində faciə quruldu. Bu, yolverilməzdir. Onsuz da Xocalı soyqırımında, Meşəlidə, Cəmillidə kifayət qədər bütöv nəsillər itirmişik. Hesab edirəm ki, indiki dövrdə evin tək oğlunu ön cəbhəyə yollamaq yolverilməzdir, bu çox ciddi qüsurdur, ciddi səhvdir. Problem aradan qaldırılmalıdır. Bu istiqamətdə müzakirələr aparılmalıdır. Bu zaman mənim də əlimdən gələn varsa etməyə hazıram”.

Qeyd edək ki, sentyabrın 27-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1991-ci ildə Hacıqabul rayonunda anadan olan leytenant Allahverdi Baxışlı şəhid olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan atası Əbülfəz Baxışlının yeganə davamçısı idi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
18

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
26

Xurmanın faydaları: Kimlərə olmaz?..

08

Noyabr
12:05
AİLƏ, SAĞLAMLIQ
227

Xarici valyutaların manata qarşı məzənnələri

08

Noyabr
09:37
İQTİSADİYYAT
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 11:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru