Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2014
16:15
Bakıda 25 min manata maşın nömrəsini kim satır - SİYAHI

Dövlət Yol Polisi 3 ildir qanunda nəzərdə tutulan müddəanı icra etmir; nömrələr internetdə satışa çıxarılmır

Azərbaycanda avtomobillərə verilən qeydiyyat nişanı üçün müəyyən olunmuş dövlət rüsumu var. Belə ki, nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” qanunla 22 manat müəyyən edilib. Amma bəzi nömrələr var ki, qiymətinin bir neçə min manat olduğu deyilir. Baha qiymətli nömrələrə isə daha çox iş adamlarının və məmur övladlarının avtomobillərində rast gəlinir. Deyirlər, yaxşı nömrələrin də yaxşı qiymətləri var. El arasında “zerkalnı” adlanan bahalı nömrələri almaq hər adama qismət olmur. Ona görə də iş adamları və məmur övladları bahalı avtomobil alarkən həm də bahalı nömrələrə sahiblənməyə çalışırlar. Bu zaman isə həmin nömrələrin neçəyə olması onlar üçün fərq etmir. Mətbuatda bu nömrələrin bəzən 15-20 min manata alındığı qeyd edilir.

Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bununla bağlı azvision.az-a açıqlamasında bildirib ki, DYP-də 15-20 min manata nömrə satılmır. Onun sözlərinə görə, tanınmış və yaxud adi bir vətəndaşa, bir sözlə, hər kəsə nömrələr eyni qiymətə satılır. «Dövlət rüsumu haqqında» qanunda hərflərin, rəqəmlərin kombinasiyası üzrə qiymətlər müəyyən edilib və kimsə həmin nömrəni alırsa, dövlət rüsumunu ödəmək məcburiyyətindədir. Burada söhbət istəkdən asılı olan nömrələrə aiddir. O nömrələrin qiyməti 500-2500 manat arasında dəyişir. Hərf və rəqəmlərin dəyişməsindən asılı olaraq qiymət dəyişir. Hərf və rəqəmlərin düzülüşünün kombinasiya üzrə müəyyən edilən dövlət rüsumu var. Adi sıra ardıcıllığı ilə verilən nömrələrin qiyməti isə 22 manatdır”, - deyə K.Əliyev vurğulayıb.

Qeyd edək ki, müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manat müəyyən edilib. Əgər bu rəqəmlərlə olan nömrədə hərflər eyni olarsa, qiymət 2500 manat nəzərdə tutulub. Müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat - hərflər eyni olduğu halda 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində seriya hərfləri müxtəlif olduğu halda dövlət rüsumu 500, eyni olarsa, 1000 manat təşkil edir.

Avtosfer.az saytının məlumatına görə, facebok sosial şəbəkəsində «Cars in Baku» qrupunun yaydığı siyahıda isə tamam başqa mənzərə ortaya çıxıb. Belə ki, bu siyahıda satışa çıxarılan nömrələr arasında 25 min manatlıq nömrələr də var. Əslində, «Yol hərəkəti haqqında» qanunda göstərilir ki, satışda olan nömrələr Dövlət Yol Polisi İdarəsinin intnernet səhifəsində və DYP-nin imtahan-qeydiyyat şöbələrində vətəndaşların rahat görə biləcəyi yerdə tablolalarda yazılmalıdır. Burada həm nömrə, həm də onun satış qiyməti qeyd olunmalıdır. Vətəndaş da öz cibinə uyğun nömrəni seçməli, banka ödəniş etməli və qəbzlə birlikdə DYP-yə yaxınlaşıb həmin nömrəni almalıdır. Lakin 3 ilə yaxından DYP qanunun bu müəddəasını icra etmir. Əvəzizində isə başqaları bundan çox məharətlə istifadə edir. Buyurun, Cars in Baku»nun paylaşdığı nömrələrlə və onların qiymətləri ilə tanış olun. Əslində, Azərbaycan qanunvericiliyində ən bahalı nömrə 2500 manatdır. Bu siyahıda isə 1000 manatdan 25 min manata qədər olan nömrəyə rast gəlmək olar.

SİYAHI:

10 *R 022 - 1500 AZN = TƏCİLİ 

90 AA 1*5 - 13500 AZN 

10 A* 600 - 6300 AZN

10 O* 900 - 9000 AZN 

10 *D 900 - 5700 AZN - Yeni 

10 YY 05* - 6200 AZN - Yeni 

10 PP 05* - 6500 AZN 

90 AS 11* - 3300 AZN 

90 *C 010 - 2700 AZN

10 *O 002 - 20000 AZN - Yeni (super seriya ilə) 

10 O* 009 - 13500 AZN - Qeydiyyatsız 

10 A* 004 - 7500 AZN 

10 YY 109 - 5700 AZN 

10 EE 666 - 4700 AZN - TƏCİLİ

10 *A 200 - 4700 AZN 

10 *U 005 - 4700 AZN 

10 *P 333 - 3200 AZN

10 ** 123 - 25000 AZN - Cüt hərf 

10 S* 555 - 14000 AZN - Qeydiyyat ilə

99 AA 12* - 12300 AZN 

10 A* 003 - 12500 AZN

10 *A 009 - 11500 AZN - Qeydiyyat ilə 

10 *Z 009 - 11500 AZN - Qeydiyyat ilə

90 AA 32* - 11500 AZN

90 AS *0* - 11000 AZN - Qeydiyyat ilə - cüt rəgəm 

90 ** 333 - 6000 AZN - cüt hərif

10 B* 011 - 5700 AZN

10 E* 006 - 5200 AZN

90 ** 999 - 5000 AZN 

10 Z* 003 - 4700 AZN

90 A* 099 - 4200 AZN

10 *O 050 - 4000 AZN

10 A* 060 - 3700 AZN

10 *R 800 - 3700 AZN 

90 *S 007 - 3300 AZN

90 A* 096 - 3200 AZN

10 *M 110 - 3200 AZN 

10 ** 088 - 2700 AZN - cüt hərif 

10 ** 033 - 2700 AZN - cüt hərif

90 *D 011 - 2200 AZN 

90 *K 333 - 2200 AZN 

90 *O 012 - 1200 AZN

10 N* 033 - 1000 AZN

10 ** 036 - 1000 AZN - cüt hərf

Paytaxt yollarında “zerkalni” nömrələrə daha çox bahalı maşınlarda rast gələ bilərik. Bu maşınların qiyməti yüz minlərlə ölçülür. Dəbdəbəli həyat yaşayan imkanlı insanlar bahalı maşınlar, qeyri-adi yaşam tərzi ilə yanaşı, diqqət çəkən avtomobil nömrələrinə də üstünlük verirlər. “Zerkalni” nömrələr imkanlı təbəqə arasında prestij hesab edilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2095

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2235

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
334

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
268

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
286

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
231

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
256

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
267
Şərhlər
shamxal musayev tərəfindən 30-09-2014 04:17:41 tarixində yazıldı
nomre
nomreye 25 min manat verenemse o pulu diger xeyriye meselesi ucun xercleyerem.22 manatliq nomre alaram.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 06:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru