Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2014
16:40
Azərbaycan sinoptikləri proqnozu yeni sistemlə hazırlayacaqlar

Azərbaycanda sinoptiklərin proqnoz hazırlaması işi daha da asanlaşacaq və onlar daha müasir sistemlə proqnozlarını tərtib edə biləcəklər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq Azərbaycanın hidrometeorologiya sistemində Türkiyədə proqnoz tərtibatı üçün istifadə edilən TÜRKMETCAP proqramının yeni versiyasının qurulması işlərinə başlanılıb. Bu məqsədlə sentyabrın 21-dən Azərbaycanda səfərdə olan türk mütəxəssislər ölkədə olacaqları bir həftə ərzində proqramı qurmaqla yanaşı, yerli mütəxəssislərə sistemdən istifadə qaydalarının öyrədilməsi üçün treninqlər keçəcəklər. Gələn həftədən isə yeni sistemin tətbiqinə başlamaq planlaşdırılır. Bu işlər Türkiyə Meşə və Su İşləri Nazirliyinin Hidrometeorologiya İdarəsi ilə əməkdaşlıq çərçivəsində aparılır.

Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanda sinoptiklər məlumatları peyk sistemi vasitəsilə avtomatlaşdırılmış şəkildə alırlar. Ancaq TÜRKMETCAP proqramının yeni versiyasının imkanları daha geniş və daha müasirdir. TÜRKMETCAP proqramı ”sinoptiklərin avtomatlaşdırılmış iş yeri” hesab edilir.

Bu sistem tətbiq edildikdən sonra proqnoz tərtibatı üçün lazım olan bütün sinoptik xəritələr, rəqəmli informasiyalar, digər ölkələrdə aparılan müşahidələrin nəticələri, faktiki məlumatlar, rəqəmsal modellərin nəticələri - böyük həcmli məlumatlar bir sistemdə cəmləşəcək və sinoptik həmin sistemdən istifadə edərək öz proqnozunu tərtib edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47011

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45180

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46775

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46395

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51941

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46055

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46568
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 17:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru