Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2014
11:43
Azərbaycanda orta maaş 440 manata çatdı - STATİSTİKA

2014-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1511,3 min nəfər olmuş, onlardan 894,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 616,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

"Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2014-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,8 manat olmuşdur", - deyilir məlumatda.

Qeyd edək ki, iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
274

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1382

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

22

Noyabr
10:33
ELM / TƏHSİL
256

9 ayın yekunu: 47 min nikah, 107 doğum

22

Noyabr
10:15
ÖLKƏ
336

AMB-nin valyuta məzənnələri

22

Noyabr
10:07
İQTİSADİYYAT
363
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 14:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru