Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

FaktXəbər-in Əl-Aan saytına istinadən verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının üzvlərindən olan tunisli tələbənin kompyuterindən kütləvi qırğın üçün kimyəvi-bioloji silahın hazırlanması yolları barədə sənədlər tapılıb.
Noutbuk Suriya hüquqmühafizəçiləri tərəfindən İdlib şəhərində keçirilən xüsusi əməliyyat zamanı ələ keçib. Telekanalın jurnalistinin verdiyi məlumata görə, tələbənin dizüstü kompyuterindən bubon taununun epidemiyası barədə instruksiyalar olub. Kanal tələbənin hazırda harda olduğunu bilmədiyini deyib.
Xatırladaq ki, İŞİD terrorçuları iyunun 11-də Mutanna əyalətində kimyəvi silah anbarını ələ keçirmişdi. Verilən məlumata görə, orada 2,5 kimyəvi raket mühərrikləri, həmçinin zəhərləyici maddələr olub. Bununla belə, həmin maddələrin köhnə olduğu, real silah hazırlamaq üçün yararlı olmadığı deyilirdi.
Noutbukda həmçinin hökumətin diqqətini çəkməmək üçün necə səyahət etməyin instruksiyaları da olub. Maraqlıdır ki, sənədlər arasında tort və pirojna reseptləri də var imiş.
FaktXəbər-in verdiyi məlumata görə, Bubon taunu – daşıyıcıları siçanlarda parazitlik edən bitlər olan Yersinia pestis bakteriyası tərəfindən törədilən kəskin təbii bakterial mənşəli xəstəlikdir. Kəskin təhlükəli infeksiya hesab edilir. İnkubasiya dövrü 2-6, nadir hallarda isə 1-12 gün olur.Əsasən dəriyə keçməklə (infeksiyalı siçanın, yaxud, digər canlının dişləməsi ilə) olur. İnsandlan insana isə hava-damcı yolu ilə keçir.
O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir.
Taun təbii ocaqlarla xarakterizə olunur. Xəstəlik titrətmə, başağrısı, yüksək temperaturla başlayır.
Diaqnostika üçün bakterioloji və seroloji üsuldan istifadə olunur.
Taunun bubon formasının xarakterik əlaməti törədrici mikrobun daxil olduğu yerə yaxın birincili bubonların formalaşması ilə periferik limfatik düyünlərin zədələnməsidir. Xəstəliyin 1-2-ci günü nəinki hərəkət zamanı, hətta sakitlikdə belə bubon əmələ gələn yerdə xəstəni məcburi vəziyyətə gətirən şiddətli ağrı hiss olunur. İnkişaf edən bubon kiçik, şiddətli ağrılı şişkinlikdən ibarətdir. Limfatik düyünlərin bütün qrupu və onları əhatə edən birləşdirici toxuma iltihabi prosesə cəlb olunduqca şişkinlik 8 sm-dək böyüyür, ətraf toxumalar ilə birləşən konqlomeratdan ibarət olur. Bubonun üzərini örtən dəri gərilir, aydın hiperemiyalaşır, parıldayır, göyərmiş çalar alır. Adətən limfangitlər olmur. Periadenit olduğuna görə bubonun konturu hamarlaşır. Bu, mühim diaqnostik əlamətlərdən biri sayılır. Xəstəliyin 6-8-ci gününə yaxın bubon xəmirvari konsistensiya alır, üzərindəki dəri göyümtül-qonur rəng alır, nazilir. Bubonun mərkəzində flüktasiya meydana çıxır. Xəstəliyin 8-12-ci günü bubon deşilir, qan qarışıqlı serozlu-irinli möhtəviyyat ifraz olunur. Bubonun xoraya çevrilməsi uzun müddət sağalmayan fistulanı, ikincili infeksiyanın qoşulması isə geniş adenofleqmonanın əmələ gəlməsi ilə nəticələnir. İrinli xora inadlı gedişi, tədricən sağalması, qranulyasion toxumanın artması və çapıqlaşma ilə fərqlənir. Xəstəliyin təhlükəsiz gedişi zamanı 6-8-ci gündən başlayaraq, bubonda iltihabi dəyişiklik azalmağa başlayır və sonralar tam sorula bilir. Son illər spesifik terapiyanın (antibiotiklərin) tətbiqi ilə əlaqədar olaraq taun bubonları çox nadir hallarda deşilir. Onlar 15-20 gün ərzində tədricən sorulur.

Komitə: Özəl torpaqlarda tikilən məscidlər bələdiyyələrin balansına verilməlidir
16
Dekabr
FHN: Bu il yol qəzalarında və yanğınlarda 121 nəfərin meyiti çıxarılıb
16
Dekabr- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq
- 20-05-2019 11:29 7 azərbaycanlı uşağın Rusiya faciəsi - FOTO
- 17-05-2019 09:50 İsmayıllı hadisələrinə görə işindən qovulan nazir ABŞ-ın brend traktorlarını satır