Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2014
15:32
2795
Amerikalı jurnalist Ceyms Foleyin edamının pərdə arxasında nə durur?

Ötən gün dünyanı gündəmini daha bir xəbər zəbt etdi. Amma dünya gündəmini özünə məşğul edən bu xəbər dinc İraq və Suriya vətəndaşlarının kütləvi qırğın edilməsi yox, bir amerikalılının öldürülməsi idi. Bu edamın Amerikada iğtişaşların günü-gündən vüsət tapdığı bir vaxta düşməsi istər-istəməz maraq doğurur. Deyilənlərə görə, amerikalı jurnalist Ceymz Foleyi edam edən şəxs ingiltərə dealikti ilə danışırmış.

Yenə də «saman altından su yeridən» İngiltərənin «barmağı» görünməkdədir. Kəşfiyyat məlumatlarını ifşa edən ABŞ xəfiyyəsi Eduard Snoden məxfi sənədlərə istinadən bildirmişdi ki, İŞİD terror qruplaşması İngiltərə xarici kəşfiyyat idarəsinin «ARI YUVASI» adlı layihəsidir.

ABŞ, İsrail, İngiltərə regionda icad etdiyi müxtəlif terror şəbəklərindən çoxlu xeyir əldə ediblər. Onlar zəngin təbii sərvətə malik olan Yaxın Şərq ölkələrini əsarətdə saxlayıb, aralarında gərginlik yaratmaqla, nəzarəti öz əllərində saxlamaq istəyirlər. Bundan əlavə, müsəlman ölkələrində diktaturanı qorumaqla, onların arasında yarana biləcək birliyin məhv edilməsi üçün əlindən gələni edirlər.

ABŞ və onun müttəfiqlərinin əsarətindən xilas olmaq istəyən Suriya, İraq və Livanda qarşıdurmalar səngimək bilmir. Netanyahu açıq-aşkar öz çıxışı zamanı Obamaya bildirir ki, İraqda baş verən hadislərə müdaxilə etməsin. 3 aydır ki, İraqda İŞİD terrorçuları tərəfindən qırğınlar törədilir nə ABŞ, nə də BMT hər hansı bir müsbət addım atmaq fikrində olmayıb. İŞİD-in kürdlər yaşayan məntəqələrə hücum çəkməsi və ABŞ-ın kürdlərin himayəsinə qalxması da təsadüfi deyil. ABŞ-ın İraq hökuməti qarşısında olan hərbi öhdəliklərinə baxmayaraq, rəsmi Bağdada İŞİD-lə mübarizədə demək olar ki, heç bir dəstək göstərmədi. Bu onu göstərir ki, İŞİD Qərb və İsrailin maraqlarını təmin edir. İŞİD-in birdən-birə İraqın böyük şəhərlərini işğal etməsi, onların müxtəlif silahlarla təmin edilməsi və dünyanın müxtəlif ölkələrindən terrorçuların İraq və Suriyaya rahat gəlişi onu göstərir ki, bu qruplaşmanın arxasında geniş kəşfiyyat dəstəyi durur.

ABŞ və digər Qərb ölkələrinin bu gün İraq hökumətinə deyil, məhz birbaşa olaraq kürdləri silahlandırmaları bu ölkəyə qarşı olan məkrli planların tükənmədiyini göstərir. Dünyada gedən, xüsusilə Yaxın Şərqdə baş verən hadisələri diqqətlə izləyən şəxslər çox yaxşı bilirlər ki, ABŞ İraqı üç yerə bölmək fikrindədir. İraqın kürdlər yaşayan məntəqələri zəngin neft yataqlarına malikdir. Bundan əlavə, Bağdadda əyləşənlər müstəqil siyasət yürütmək fikrindədirlər. Bu isə İsrail, ABŞ və digər Qərb ölkələrinin mənafeyinə ziddir. Elə buna görə də, ABŞ kürdləri silhalandırmaqla onları İraqda güc mərkəzinə çevirmək niyyətindədir. Bu silahlar yaxın gələcəkdə Kürdüstanın İraqdan ayrılmasında önəmli rol oynayacaq. İŞİD Qərb və İsrailin yaradıb, dəstəklədiyi bir terror qruplaşması olaraq verilən tapşırıqları həyata keçirir.

Bundan əlavə İzədiləri qorumaq adı ilə İraqda bəzi yerlərin ABŞ təyyarələri tərəfindən bombardman edilməsi başa düşüləndir. ABŞ İŞİD vasitəsi ilə insanları qırır, digər tərəfdən isə onlara qucaq açmaqla özünü xilaskar kimi göstərir. Beynəlxalq arenada isə İŞİD-in onlara aidiyyatı olmadığını isbat etməyə çalışır.

Bütün bunlar onu göstərir ki, yəhudi və xristian dünyası birləşərək həm müsəlmanları qırdırır, həm parçlayır, həm sərvətlərini mənimsəyir. Əlavə olaraq xrsitian dünyasında müsəlmanları və İslamı vəhşi kimi göstərərək İslamın genişlənməsinin qarşısını alırlar.

Yeri gəlmişkən qeyd edək ki,  videoda bir neçə məqam bizlərin diqqətini cəlb etdi.

Birincisi kadrlar yandan və öndən peşəkarcasına çəkilib. Halbuki, bu günə qədər terrorçuların yaydıqları videolarda səriştəsizlik və keyfiyyətsizlik aydın görünüb.

İkincisi sosial şəbəkələrdə paylaşılan heç bir videoda jurnalistin başının kəsilmə səhnəsi yoxdu. Bu da insanlarda haqlı suallar yaradır. Axı vəhşi qətliamları ilə ad çıxaran İŞİD insanların ürəyində xof yaratmaq üçün çəkdikləri videolarda bütün prosesi açıq aydın göstərirlər.

Son olaraq jurnalistin üz ifadəsinə diqqət çəkmək istəyirəm. Boğazına bıçaq dirənən və cəmi bir neçə dəqiqədən sonra başı vəhşicəsinə kəsiləcək insanın üz ifadəsinə heç bənzəmir. Sizi deyə bilmərəm, mən bu səhnələrə baxanda peşəkar şəkildə çəkilmiş Hollivud filmlərini xatırladım. Elə bil ki, bu kadrlarla göstərmək istəyirlər ki, guya Amerikanın qəhrəman oğulları hətta İŞİD qaniçənin qarşısında cəsarətlə durur...

(Vallah adam lap alqışlamaq istəyir)

Əziz Sahiboğlu / Faktxəbər

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
32

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
166

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
224

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
36

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
34

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
62

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
36
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 16:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru