Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2014
10:31
Bəzi şəhid ailələri sığorta pulunu ala bilmir

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun hələ SSRİ dövründən mövcud idi. Sadəcə, həmin dövrdə sığortanın məbləği aşağı idi. 1991-ci ildən başlayaraq qanun dekret formasında qəbul olundu, 1997-ci ilə qədər şəhid ailələrinə verilən sığortanı tənzimləyən qanun təkmilləşdirildi və məbləğ artırıldı. Azərbaycan öz müstəqilliyini bərpa edəndən bu günə qədər qanun qüvvədə olub, bu gün də öz qüvvəsini saxlayır”.

Bunu “Azərsığorta” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Aftandil Hacıyev bildirib.

Onun sözlərinə görə, ilk qəbul olunduğu dövrlərdə sığortanın məbləği 50 min, 100 min, (o dövrün pulu ilə-red.) sonra isə 200 min manat olub. Müraciət əsasında bütün şəhid ailələrinə müəyyən olunmuş məbləğlər ödənilir”.

Aftandil Hacıyev onu da vurğulayıb ki, müəyyən olunmuş məbləği almaq üçün vaxtında müraciət etmək lazımdır: “Qanuna görə, şəhid ailəsi hadisə baş verəndən sonra 3 il müddətində müvafiq quruma müraciət etməlidir. Əks təqdirdə həmin məbləğdən məhrum olunurlar”.

“Azərsığorta” sədrinin 1-ci müavini deyir ki, əvvəllər Konstitusiya Məhkəməsinin rəyi əsasında 3 il ərzində müraciət etməyən şəhid vərəsələrinə də həmin sığorta pulunun verilməsini tələb edirdi.

İndi də elə şəhid ailələri var ki, hadisə baş verəndən sonrakı 3 il müddətində sığorta pulunu ala bilməyiblər və problemin həlli üçün çıxış yolu da tapa bilmirlər. Bununla bağlı Modern.az saytına müraciət edən şəhid ailələri var. Onlar övladları şəhid olandan sonra 3 il müddətinə müraciət etmədiklərindən, indi sığortapulunu ala bilmirlər.

“Sadəcə olaraq məsələyə Milli Məclisdə baxılıb müvafiq qərar qəbul olunmalıdır. Yalnız bundan sonra həmin məbləği ala bilməyənlərin probleminə aydınlıq gətirilə bilər”, - deyə Aftandil Hacıyev bildirib.

Məlumat üçün qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa görə, hər bir hərbi qulluqçu dövlət tərəfindən 110 manat ödənilməklə 11 min manat məbləğində sığorta edilir.

Həmin Qanunun 3-cü maddəsinə əsasən hərbi qulluqçuların sığortaçısı “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətidir və həmin Şirkət hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirir.

Bu qanuna görə, hərbi qulluqçu şəhid olarsa, onun vərəsəsinə 11 min manat sığorta pulu ödənilməlidir.

Ölüm halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri Azərbaycan Respublikası Dövlət sığorta Kommersiya Şirkətinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə ölüm şəhadətnaməsini, vərəsəlik hüququnu təsdiq edən sənədi təqdim etməlidir.modern.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61756

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59490

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61150

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60835

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66311

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60596

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60805
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2021 17:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru