Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2014
15:53
Təhsil Nazirliyinin `Qaynar xətt`inə gün ərzində 290 zəng daxil olur

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ilə (“Qaynar xətt” xidməti, telefon: 146) Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

FaktXəbər-in məlumatına görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8761 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə çox) və Kommutator xidmətinə 3500-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 6756 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (onlar əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və qaldırılan məsələlər operativ həll olunub. 1167 vətəndaş sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1683 sənəd (782 məktub, 754 ərizə, 147 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, təhsil sənədlərinin alınması, diplomların tanınması, uşaqların vaxtından əvvəl I sinfə qəbulu və ali təhsil ilə bağlı məsələlər əksini tapıb.

Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə günü (2036 zəng), əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə (1634 müraciət) və çərşənbə axşamı (1411 müraciət) günləri, əsasən, saat 10:30-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48393

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46422

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48061

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47651

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53234

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47290

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47685
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 21:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru