Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2014
16:22
İŞİD və Əl-Qaidə terrorçularına Avropada kim nə qədər ödəyir?

Uzun müddətdir Avropa ölkələrinin dolayı yolla İŞİD və "Əl-Qaidə" terrorçularına maliyyə ötürdüyü bildirilsə də, bununla bağlı heç bir inkaredici sübut söylənilmirdi. FaktXəbər-in məlumatına görə, bu barədə daha bir məqaləni “New-York Times” qəzetinin yazarı Rukmini Kallimaci (Rukmini Callimachi) hazırlayıb. Onun hazırladığı geniş araşdırmada bildirilir ki, Avropa ölkələrinin girovlar üçün ödədiyi milyonlarla dollar terrorçuların maliyyə mənbəyinə çevrilib. 

Bildirilir ki, girovlar əsasən Şimali Afrikada dəyişdirilir. "Əl-Qaidə"nin 2008-ci ildən bu yana girov "satışı"ndan 125 milyon dollar qazandığı bildirilir və bunun 66 milyonu təkcə 2013-cü ilin payına düşür.

Girovlar üçün ən çox pul ödəyən ölkə isə Fransadır - 58.1 milyon dollar. Ən çox vətəndaşı girov götürülən ölkə isə Almaniyadır - 32 nəfər. 

Qeyd edək ki, son zamanlar İŞİD terrorçuları da bu cür biznesə girişiblər. Onlar da oğurladıqları insanlar üçün milyonlar tələb edirlər. Son günlər isə onların bu sahəyə orqan alverini də qoşduğu bildirilir. Belə bir faktı terrorçular özləri aşkara çıxarmışdılar. Suriyanın Rakka şəhərində hərbçilərin kütləvi şəkildə başlarının kəsildiyini görüntüləyən fotolar terrorçular tərəfindən tvitter səhifələrində paylaşılıb. İŞİD-in Avstraliya əsilli terrorçusu Xalid  Şərruf tvitterdə həmin fotoları yerləşdirərək, belə bir status yazıb: «Avstraliyada kiminsə orqana ehtiyacı varsa, xahiş edirəm, utanmayın, mən bədənin istənilən orqanını tapmağa hazıram».

Melburn hökuməti  hər iki şəxsin  ötən ilin dekabr ayında döyüşlərə qatılmaq üçün İŞİD-in tərkibində Suriyaya yola düşdüklərini açıqlamışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
199

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
311

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
247

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
544
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 20:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru