
Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov Mübarək Ramazan bayramı münasibətilə Azərbaycan xalqını, dünya müsəlmanlarını təbrik edib.
Təbrikdə deyilir: Mən bu möhtəşəm və müqəddəs bir gündə Allahıma Həmd və Səna edirəm, zəmanənin İmamına və onun naibi olan müsəlmanların rəhbərinə salam və təbrikimi çatdırdıqdan sonra üzümü əziz və hörmətli xalqıma tutub belə ərz edirəm: Sevimli xalqım sizləri əzəmətli və ilahi gün olan mübarək Ramazan bayramı münasibətilə təmsil olunduğum Azərbaycan İslam Partiyası və əvəz etdiyim lider və partiya sədri Hacı Mövsüm Səmədov adından, eləcə də partiyanın bütün funksioner və üzvləri tərəfindən, sonunda öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Arzu və istəyim xalqımızın xoşbəxt və gözəl gələcəyi, doğma vətənimizin, ana yurdumuzun əmin-amanlığı və xoş günlər görməsi, torpaqlarımızın tezliklə işğaldan azad olunması, dövlətimizin əzəmətli və qüdrətli, ölkəmizin müstəqilliyi və çiçəklənməsidir.
Allaha and verirəm öz əzəməti və qüdrətinə, bu müqəddəs günə və bayrama xatir tezliklə bütün dünyada sülhü bərqərar etsin, zülmü və zalımları aradan qaldırmaqla məzlumlara nicat versin, bütün işğal altında olan torpaqları, o cümlədən müsəlman torpaqları, xüsusilə də, əziz Qarabağımızı işğal və düşmən təcavüzündən azad etsin. Zindanda olan, məhbəs həyatını yaşayan bütün günahsız insanları, xüsusilə millətimizin ləyaqətli övladları, o cümlədən Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Taleh Bağırov, Hacı Fəramiz, Ruhullah Axundov və başqaları tezliklə zindandan azad etməklə ailəsini, yaxınlarını və digər sevənlərini şad etsin. Qoy bu bayram sevinci bütün ailələrə nəsib olsun. İnanclı insanların, xüsusən də məğfirət və bağışlanmaq istəyən millətimizin və şəxsən özümün günahlarından keçsin. Bizləri Özünə layiqli bəndə və İmam Zamana layiqli xidmətçi qərar versin. Bir ay bizi qonaq etdiyi bu ilahi ziyafətdən nəsibini alanlardan üzüağ və mərhəmətinə şamil olanlardan qərar versin. Bizə göstərdiyi bu böyük mərhəmət və sonsuz nemətləri İmamın zühuru ilə kamil etsin.
Bütün zaman və hallarda bizə qarşı mehriban və mərhəmətli olduğu kimi bizlərə də mehribançılığı əta etsin. Öz mərhəmətindən də şamil etsin ki, biz də Onun kimi rəhm edib bağışlaya bilək. Bizlərə əməllərimizə ehtiyacı olmadığı halda, yaxşılıq etməyi ve saleh əməl sahibi olmağı nəsib etsin. Amin!

İsraildə müəsir raket istehsalı zavodunda güclü partlayış - VİDEO
21
Aprel
Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
21
Aprel
Zelenski ehtiyatda olan hərbçilərin xidmətə çağırılması haqda qanun imzaladı
21
Aprel- 21-04-2021 17:07 Polis reyd keçirib: 20 sürücü barəsində protokol tərtib edildi - FOTO
- 21-04-2021 16:46 Bakıda havanın ən çox çirkləndiyi ərazilər AÇIQLANDI
- 21-04-2021 16:31 Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
- 21-04-2021 15:21 Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
- 21-04-2021 13:24 Azərbaycanda nazir koronavirusa yoluxub
- 21-04-2021 13:10 Sabahın hava proqnozu açıqlandı
- 21-04-2021 12:51 Prezident Hacıqabulla bağlı sərəncamlar verdi
- 21-04-2021 11:46 Prokurorluq: Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır
- 21-04-2021 10:58 "ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
- 20-04-2021 17:06 ETSN: Acınohur gölü quruyur
- 20-04-2021 17:00 Bu gün 15 minə yaxın şəxs vaksin vurdurub
- 20-04-2021 16:45 Deputatlar 18 məsələnin müzakirəsinə toplaşır
- 20-04-2021 16:34 Son sutkada nə qədər adam yoluxub?
- 20-04-2021 15:35 Ramazan bayramında rayonlara gediş-gəliş bağlanacaq? - AÇIQLAMA
- 20-04-2021 14:10 Yağış yağacaq, güclü külək əsəcək
- 20-04-2021 12:22 Yol polisi reyd keçirdi: 200-ə yaxın şəxs cərimələndi - FOTO
- 20-04-2021 12:00 İlham Əliyev Hacıqabuldadır
- 20-04-2021 09:59 Həkim: “Koronavirusdan sağalan gənclərdə 2-3 ay sonra fəsadlar yaranır” - VİDEO
- 19-04-2021 16:49 Şuşada İsa bulağının ərazisinə elektrik enerjisi verilib
- 19-04-2021 16:48 Son sutkada yoluxanların sayı açıqlandı
- 19-04-2021 15:56 Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir
- 19-04-2021 15:54 Xətaidəki parkın təmirinə 5 milyon ayrıldı
- 19-04-2021 13:35 Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib
- 19-04-2021 13:13 Sabahın hava proqnozu açıqlandı
- 19-04-2021 12:45 Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi