Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2014
13:23
Aydın Mirzəzadə Jirinovskiyə təşəkkür etdi
"Vladimir Jirinovski axır ki, bunu başa düşdü"

"Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycan və şəxsən prezident İlham Əliyev haqqında müsbət fikirlər söyləyib. Hətta qonağı olduğu televiziya verilişinin aparıcısı bir neçə dəfə onu "ənənəvi Jirinovski" ampluasına qaytarmağa cəhd etsə də, o təkidlə söhbəti Azərbaycanın son illərdəki inkişafı üzərinə qaytarıb. Ukrayna-Rusiya münasibətləri problemində isə dövlət başçımızın siyasətinin düşünülmüş olduğunu xüsusi vurğulayıb". FaktXəbər-in məlumata görə, bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə RLDP-in sədri, şovonist çıxışları ilə ad qazanmış, əsasən də Azərbaycana qarşı millətçilik siyasəti yürüdən, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin son açıqlamasına münasibət bildirərkən deyib.

A.Mirzəzadə əlavə edib ki, Azərbaycanın son iyirmi bir ildə Rusiya ilə münasibətlərində pozitiv dinamikanı inkar etmək absurd olardı: "Rusiya və Azərbaycan bir-birinə sıx bağlı olan ölkələrdir. Rusiya dövlətimizi özünün yaxın dostlarından biri kimi görə bilib. Hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşırlar və bu yaxşı nəticələr verir. Bu gün Rusiya və Azərbaycan bir-birilərinə qarşlıqlı surətdə lazımdırlar. Vladimir Jirinovski axır ki, bunu başa düşdü. Mən ona təşəkkür edə bilmirəm, bir azərbaycan oğlu kimi onun ölkməmizlə bağlı söylədiklərini unuda bilmirəm. Ancaq nəzərə alıram ki, o da Azərbaycana real qiymət verdi".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54863

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52954

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54360

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
54109

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59519

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53808

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54140
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2020 12:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru