Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyul

2014
13:58
Əlillər və şəhid ailələrinə yeni binalar tikilməyəcək

Bundan sonra Azərbaycanda əlilliyi olan şəxslər və şəhid ailələri üçün binalar tikilməyəcək.

FaktXəbərin APA-ya istinadən verdiyi məluma görə. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirilən mətbuat konfransında deyib ki,  bu günə kimi Azərbaycanda əlilliyi olan şəxslər və şəhid ailələrinə mənzillər bir binada tikilməklə verilir və onların hamısı eyni binada cəmləşirdi.

Onun sözlərinə görə, əmək və əhalinin sosial müdafiəsi nazir Səlim Müslümovun prezidentə təklifi və bu təklifə əsasən prezident tərəfindən qəbul olunan sərəncama əsasən onlar üçün artıq binalar tikilməyəcək: “Hazırda Bakı şəhəri və ətrafında çoxlu sayda hazır tikilmiş binalarda mənzillər var və onlar əlilliyi olan şəxslər və şəhid ailələrinə müvafiq qaydada tender üsulu ilə satın alınacaq. Prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamında 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslərin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. 2014-cü ilə kimi növbəyə duran 5731 Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 1861 nəfərinə 5 şəhərdə - Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdala şəhərlərindəki hazır binalardan mənzillər satın alınmaqla veriləcək. Hər binadan 3-5 daha artıq və ya az mənzil alınmaqla növbəlilik əsasında bu şəxslərə veriləcək. Onlar qeydiyyatda olduqları ərazi nəzərə alınmaqla  və növbəlilik əsasında mənzillərlə  təmin olunacaq. Beləliklə, müharibə və şəhid ailələrinin mənzillə təminatı sərəncama əsasən 2018-ci ilin sonuna kimi həyata keçiriləcək. Artıq bu kateqoriyadan olan insanlar, əlil olan şəxslər bir binada cəmləşməyəcək, müxtəlif binalarda yaşayacaq, cəmiyyətin digər vətəndaşları ilə birgə bərabər yaşamaq hüququ qazanacaqlar. Bununla da onların cəmiyyəti inteqrasiyası öz həllini tapacaq”.

 

Ç.Əliyev qeyd edib ki, digər 3332 nəfər isə kənd və rayonlarda tikilən evlərlə təmin olunacaq. Onun sözlərinə görə, onlar üçün fərdi evlər tikiləcək. Bu fərdi evlərin tikintisinin növbəyə duran şəhid ailələrinin sayından asılı olaraq nəzərə alınacağını deyən xidmət rəisi əlavə edib ki, bunlar da 2018-ci ilin sonuna kimi öz həllini tapacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61766

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59495

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61155

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60840

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66316

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60606

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60815
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2021 19:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru