Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2014
11:58
Azərbaycan İslam Partiyası bəyanat yaydı

Artıq bir neçə gündür ki, dünya birliyinin, sülhsevər xalqların etirazlarına baxmayaraq sionist İsrail rejimi məzlum Fələstin xalqına qarşı məlum amansız qətliamın həyata keçirilməsindən əl çəkmir. FaktXəbər-in verdiyi məlumata görə, AİP İsrail işğalçı rejimin Fələstin torpaqlarında dinc sakinlərə qarşı həyata keçirdiyi kütləvi qırğına kəskin etiraz bildirən bəyanat yayıb.

 Bəyanatda deyilir:

-Bir qədər əvvəl də biz təpədən dırnağa kimi silahlanmış İsrail hərbi quldurlarının dünyanın gözü qarşısında fələstinli körpələri, qoca və qadınları hədəf bilməyən   mərmilər altında yandıraraq məhv etmələrini, dünyanın aparıcı dövlərindən heç bir təzyiq görmədiklərini, beynəlxalq təşkilatların göstərişlərinə məhəl qoymadıqlarını dilə gətirmişdik. Fələstinlilərə qarşı İsrail hərbi hava qüvvələrinin heç bir müharibə qanununa sığmayan cəllad və düşmənçilik ambisiyalı hücumları nəticəsində yüzdən artıq insan- müsəlman uşaq, qoca, qadın qətl olunub.

    Beynəlxalq aləmi saya almayan qəsbkar İsrail hakimiyyəti qüvvələr nisbətindəki üstünlüklərindən istifadə edərək fələstin xalqının kiçicik belə özünümüdafiə sistemini dağıtmağa, bu məzlum xalqın adi insani hüquqlarını ayaqlar altına atmağa, təcavüzə qarşı etiraz edənlərin səslərini boğmağa çalışır. İnsanlığa düşmən kəsilən bu rejimin başlıca məqsədi Fələstinin müstəqilliyi, dövlətçiliyi uğrunda mübarizə məqsədilə Həmas və Fəth hərəkatlarının siyasi birliyini göstərilən səyləri və əldə olunan müsbət nəticələri pozmaq, bu qüvvələri parçalamaqdır. Öz azadlığı uğrunda mübarizə aparan fələstinli mücahidlərin fiziki məhvinə çalışan sionist qəsbkarları çıxış yolunu dinc insanların üzərinə havadan ağır bombalar yağdırmaqda görür.

    Suriyada İŞİD-in qanuni hakimiyyətə qarşı silahlandırılmasında qərbin, ABŞ-ın dəstəyini alan təxribatçı İsrail hakimiyyəti düzən verdiyi həmin terrorçu birləşmələrin indi də İraqda həyata keçirdiyi qarışıqlıqdan istifadə edib Fələstin torpaqlarında yerini daha da möhkəmləndirməyə, məzlum ərəb xalqını məhv etmək, yer-yurdundan didərgin salmaqla yeni-yeni məhəllələr mənimsəməyə, yəhudi yaşayış məskənlərini genişləndirməyə çalışır.

    Bu gün İsrail hərbi hava qüvvələrinin toz-dumana çevirdiyi Qəzza bölgəsinin ərəb kökənli əhalisi humanitar fəlakətin məngənəsindədir. Yaralıların saysız-hesabsız olduğu bildirilir. AİP olaraq dünya ölkələrini, o cümlədən BMT qərarlarına dəstək verərək müstəqil Fələstin dövlətinin yaradılmasına tərəfdar olan ölkə başçılarımızı, ölkəmizin xarici siyasət idarəsinin rəhbərini Qəzzada rəhmsizcəsinə qətliamlar törədən İsrailin bəşəri cinayətkar rəsmilərinə, onların bölgədə törətdikləri kütləvi terror hərəkatlarina qarşı sərt mövqe nümayiş etdirməyə, qəsbkarların sülhsevər bəşəriyyətdə qəzəb və nifrət doğuran əməllərindən əl çəkmələrini tələb etməyə  çağırırıq.

  Sionist hərbçilərinin eyni zamanda, məscidləri bombalamaları onların iç üzünü və niyyətlərini tam açır. Belə qeyri-insani təşəbbüslər və mənəviyyatsızlıq sübut edir ki, bir sıra avropa ölkələrində, habelə ABŞ-da da İslam müqəddəslərinə həmlələrin, təcavüzlərin müəllifləri və ssenaristləri bu qaniçən xislətli qatillərdir. Onlar “öldürmə”-deyə insanlığa hayqıran Tövratın da düşmənləridirlər.

  İslam Partiyası olaraq hesab edirik ki, bu gün həm də tərəqqi və inkişafa doğru gedən, dünya düzənində cəmiyyətlərə sağlam və pak həyat normalarını diktə edən müsəlmanlara qarşı törədilən hər cür təxribatın qarşısını almaq, düşmənlərimizin  İslam dövlətlərini, Peyğəmbər ümmətini parçalamaqla içlərində hökm sürmək istəklərini puç etmək, gələcək sivilzasiyanın istiqamətini Allahın istədiyi kimi müəyyənləşdirmək xatirinə dünya müsəlmanları birlik nümayiş etdirməli, şeytanın hiylə torunu yırtaraq əsl simasını göstərməli, planetimizdə baş verən bütün hadisələrə diqqətlə yanaşmalıdırlar. Bir daha bəyan etməliyik ki, üzərimizə gələn böyük və güclü qüvvəni dəf etmək,  qurtuluş tapmaq üçün  vəhdətdən başqa yolumuz yoxdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48483

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46537

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48176

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47771

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53289

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47391

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47755
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-10-2020 16:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru