Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2014
11:58
ASAN Xidmət hakimiyyət daxili monopolistlərin kabusuna çevrilir
Qadir İbrahimli: “İdeya reallaşsa, deməli, hakimiyyət iqtisadi sektorda inqilabi dəyişikliklər planlaşdırır”

Gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi planlaşdırılır. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. 

Komitə sədri bildirib ki, gömrük ödənişlərinin banklar vasitəsi ilə köçürülməsi, elektron hökumət sahəsində görülən işlər, xidmət çərçivəsində sənədlərin qəbul olunmasını sürətləndirmək istəyirlər: “Belə hesab edirəm ki, sahibkarlıq inkişaf etdikcə, gömrük işçilərinin sayıqlığı daha da artırılmalı, və bu sahədə modern texnologiyalar və üsullar öyrənilərək tətbiq olunmalıdır”.

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən iqtisadçı-ekspert Qadir İbrahimli bildirdi ki, əgər bu ideya reallaşsa, deməli, hakimiyyət iqtisadi sektorda inqilabi dəyişikliklər planlaşdırır.

Yeni qərarın həyata keçirilməsinin çox pozitiv nəticələrə gətirib çıxaracağını söyləyən ekspert, “belə ki, idxalda monopoliya aradan qalxacaq, rüşvət seti dağılacaq

iqtisadi təşəbbüslərin reallaşmasına yaşıl işıq yandırılacaq”, - deyə bildirdi: 

“Ümumiyyətlə qərar çox pozitivdir. Düzdür ki, yeni qərar hakimiyyətdəki monopolistlərin kifayət qədər narazılığına gətirib çıxaracaq. ASAN xidmət yeni yarananda da belə problemlər var idi. Belə ki, minlərlə məmur korrupsiya qaynağından məhrum olmuşdu. Ona görə də yeni qərarla bağlı sadəcə siyasi iradə güclü olsa, heç bir problem baş verməyəcək.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
188

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
204

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
186

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
245

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
196

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
505
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 19:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru