Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

30 Aprel

2014
14:56
2453
Azərbaycan kinosu ilk dəfə olaraq Kann festivalının final mərhələsinə düşüb

Orjinal Rusiya-Azərbaycan layihəsi olan qısametrajlı "Sonuncu" filmi ("Poslednı", "The Last One") 67-ci Kann kinofestivalı komitəsi tərəfindən əsas proqramda iştirak üçün seçilmiş doqquz ekran əsərindən biri olub. Ümumilikdə 2014-cü ildə müsabiqəyə 128 ölkədən 3450 kino işi göndərilib.

Kann kinofestivalı bu il 14-25 may tarixlərində keçiriləcək.

FaktXəbər-in verdiyi məlumata görə,  Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Films" şirkətininin birgə istehsal etdikləri filmin quruluşçu rejissoru Serqey Pikalov, ssenari müəllifləri Serqey Pikalov,

Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev, Müşfiq Hətəmovdur.

Qeyd edək ki, "Qısa metr" proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.

İkinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

...Qoca hamını itirmişdi: dostlarını, həyat yoldaşını, uşaqlarını. Lakin o tək deyildi. Dəhlizdə yaxınlarını əvəz edən köhnə soyuducu dırıldayırdı. Yeməyi ona qonşu uşaq gətirirdi. Başqa nə lazımdı ki. Qoca öz prinsipinə sadiq idi: "Hər günü sonuncu kimi yaşa". Bu səbəbdən o hər gün yatırdı ki, durmasın. Lakin hər dəfə də yuxudan ölməyib ayılanda hirsini soyuducunun üstünə tökürdü.

O hər gün soyuducu ilə üzbəüz oturub yazırdı: "8.00-da yandı; 9.15-də söndü; 9.47-də yenə yandı".

Bu gedişlə o, dostunun varlığının asılı olduğu qanunauyğunluğu başa düşəcəyinə ümid edirdi.

Həmin gün sıradan bir gün kimi başlamışdı. Yenə yuxudan sap-sağlam ayılan qoca eyvana sarı getdi. Soyuducu bu dəfə özünü xüsusi olaraq pis aparırdı. Hirsli qoca son neçə ildə ilk dəfə olaraq televizoru yandırdı. Və bu onun bütün həyatını dəyişdi;

Mariya İvanova

Serqey Pikalov

Corc Qafarov

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
71

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
381

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
111

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
65

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
68

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
107
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 07:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru