Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2014
16:29
Hesablama Palatası Vergilər Nazirliyi ilə yoxlama aparacaq

Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib. Dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, həmçinin dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və dövlət büdcəsinin ehtiyat fondlarından Bakı şəhərinin yenidənqurma və abadlıq işlərinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər müzakirə edilib.

Eyni zamanda “Azərenerji” ASC-nin ölkədə elektrik enerjisinin təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti ilə beynəlxalq maliyyə-kredit təşkilatlarından, habelə Mərkəzi Bankdan aldığı kredit vəsaitlərinin istifadə vəziyyəti və onun kreditorlar və dövlət büdcəsi qarşısında öhdəliklərinin icrasına dair analitik tədbirin nəticələri üzrə analitik arayış geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.

Eyni zamanda, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Zərdab rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə və Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə birgə “Holcim (Azərbaycan)” tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin qanunvericiliyə uyğunluğuna dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
230

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
229

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
261

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
247

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
362

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
341

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
541
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 00:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru