Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2014
11:45
Tanınmış rusiyalı politoloq: Putin Ukraynadan sonra Qarabağa keçəcək

"Rusiya prezidenti Vladimir Putin Ukraynada maksimum planını yerinə yetirdikdən sonra, növbə Baltikyanı ölkələr və Qarabağa çatacaq." FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri "Gordonua.com" saytına müsahibəsində rusiyalı politoloq, sosioloq və publisist Stanislav Belkovski bildirib. O, əlavə edib ki, Vladimir Putin yalnız öz istəyini həyata keçirdikdən sonra Ukraynadan əlini çəkəcək.

Stanislav Belkovski daha sonra deyib ki, hazırki durumda Rusiyanı yalnız iqtisadi tənəzzül və ya buna oxşar ciddi hadisə dayandıra bilər: "Putin hazırda Ukraynanın cənub-şərqinə nəzarəti tam əlinə almaq və Qara dənizi Rusiyanın ixtiyarına vermək istəyir. O, həmçinin rəsmi Kiyevi də Dnestryanı bölgənin müstəqilliyini tanımağa məcbur etmək fikrindədir. Rusiya prezidentinin maksimum planı Donetsklə Dnestryanı bölgə arasında bufer dövlətlər sistemini yaratmaqdır. Bura Ukraynanın Donetsk, Luqansk, Zaporojsk, Xersonsk, Nikolaevsk və Odessa şəhərlərini ələ keçirmək də daxildir. Ukraynada Rusiya ilə razılığa gələ biləcək bir siyasətçi var, o da Yuliya Timoşenkodur. Putin hazırki durumda yalnız onunla razılığa gələ bilər."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
140

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
236

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
165

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
177

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
132

Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

21

Noyabr
10:45
HÜQUQ,HADİSƏ
215

Bakıda yağışa görə sürət həddi endirildi

21

Noyabr
10:37
NƏQLİYYAT
140

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
241
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 15:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru