Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2014
13:22
Fətullah Gülənin yeni şok məktubları üzə çıxıb

Türkiyənin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatında keçici üzv olması üçün Nyu Yorkda görüşlər keçirən xarici işlər naziri Əhməd Davutoğlunun gündəmə gətirdiyi paralel hökumətin xəyanət məktubu ortaya çıxıb. FaktXəbər-in "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, Gülən camaatının təkzib etməyə çalışdığı 4 səhifəlik İngiliscə məktubda Türkiyə əleyhinə ağır iddialar səsləndirilib.

Fəthullah Gülənin fəxri rəhbəri olduğu paralel hökumətə aid Sülh Adaları İnstitutu tərəfindən ABŞ-dakı xarici ölkə nümayəndəliklərinə və beyin mərkəzlərinə göndərilən məktubda Türkiyədə demokratiyanın təhlükədə olduğu iddia edilir. ABŞ-da paralel dövlətin dinlərarası dialoq fəaliyyətlərini icra edən Sülh Adaları İnstitutu Qlobal Əlaqələr direktoru Mehmet Kılıcın  imzasını daşıyan xəyanət sənədində də Fəthullah Güləndən "fəxri sədrimiz" deyə bəhs edilir.

QARA PİAR 

Türkiyənin 24 aprel qondarma erməni soyqırımı üçün erməni cəhdlərini önləmək məqsədi ilə sıx lobbi fəaliyyətləri icra etdiyi bir vaxtda ABŞ-dakı xarici ölkə nümayəndəliklərinə göndərilən məktubda Türkiyə sərt şəkildə qaralanır. Məktubda bildirilir ki, Türkiyədə insan haqları məhdudlaşdırılır və hökumət boğazına qədər sui-istifadə və rüşvətə batıb. Baş nazir Ərdoğan haqqında iddialara da yer verilən paralel hökumətin məktubunda, "90 illik demokratiya böhranla üz-üzədir" deyilir.

17 DEKABR HADİSƏLƏRİ MÜDAFİƏ OLUNUR

Türkiyədən şikayət olunan məktubun girişində 17 dekabrda hökumətə qarşı həyata keçirilən rüşvət hadisəsi paralel hökumətin təhlükəsizlik əməkdaşlarının hazırladığı protokollar və saxta dəlilərə baxmayaraq, həqiqət kimi göstərilir. Məhkəmə tərəfindən barələrində qəti hökm verilməyən şəxslər günahkar elan edilir. Məktubun ikinci hissəsində isə 17 dekabr əməliyyatının saxta olduğunu ortaya çıxaran hökumət tənqid olunur.

SÜBUT ETMƏK SƏYLƏRİ

Baş nazirin özünü və hökumətini hədəf alan 17 dekabr əməliyyatına qarşı verdiyi refleksdən bəhs olunan məktubda, paralel hökumətə qarşı Ərdoğanın ifadələri tənqid edilir və əməliyyatın çevriliş cəhdi olmadığını sübuta yetirməyə çalışılır. Çevriliş cəhdində əli olan paralel hökumətə aid məmurların vəzifə yerlərinin dəyişdirilməsi vəzifədən çıxarılma kimi göstərilir və bu barədə şikayət edilir, hakimlər və polislərin dəlil göstərilmədən vəzifədən çıxarıldığı deyilir.

SİYASƏT APARMIRMIŞ

Məktubun 3-cü hissəsində Fətullah Güləni siyasətə qarşı bir güc kimi göstərən institut səlahiyyətlisi özlərini "hizmət hərəkatı" adlandırır. Mehmet Kılıc imzalı məktubda Gülən camaatının heç bir şəkildə siyasi namizəd, ya da partiya axtarışı etmədiyi vurğulanır. Buna səbəb kimi də iştirakçı və könüllülərinin siyasətdən uzaqlaşıb onlara qoşulduğu vurğulanır. 

GÜLƏNİN YENİ QƏRARGAHI - BRÜSSEL

Xəyanət məktubunun Amerikadakı Orta Şərq və Türkiyə ilə maraqlanan vətəndaş cəmiyyəti təşkilatlarına, Nümayəndələr Palatasına və Senatın bəzi üzvlərinə, Amerikada fəaliyyət göstərən yəhudi lobbilərinin maliyyələşdirdiyi təşkilatlara və beyin mərkəzlərinə göndərildiyi bildirilir. Gülən camaatının yaxın günlərdə ABŞ-dakı fəaliyyətlərinə bənzər bir işi Brüsseldə də həyata keçirəcəyi məlum olub. Paralel hökumətin Avropa Şurası ilə Avropa Parlamentindəki millət vəkillərinə və Avropadakı lobbilərə 18 apreldən etibarən məktublar göndərməyi planlaşdırdığı deyilir.

PENSİLVANİYANIN ROLU YOX İMİŞ

Fətullah Gülənin 17 dekabr dövlət çevrilişi cəhdində heç bir rolunun olmadığı iddia edilən şikayət məktubunda Gülənin vəkillərinin fikirlərinə də yer verilib. Məktubun ən diqqətçəkici və həqiqətdən uzaq hissə isə Gülənin əməliyyatı həyata keçirən paralel hökumətin heç bir nümayəndəsini tanımadığı iddiasıdır. Həmçinin qeyd edilir ki, 1999-cu ildən bu yana ABŞ-da yaşayan Gülənin Türkiyədəki yeganə istəyi hökumətin şəffaf, hüquqi və suveren olmasıdır. Məktubda hökumətlə əlaqədar iddialar üçün 2 ildən bəri Türkiyə əleyhinə məqalələr dərc edən media orqanları istinad göstərilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
199

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
311

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
247

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
544
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 20:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru