Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2014
11:55
`ASAN xidmət` Abşeron sakinlərinin xidmətində

Azərbaycan prezidentinin tapşırığına əsasən “Asan xidmət” əhaliyə səyyar xidmət göstərilməsini davam etdirir. Azərbaycan prezidentinin tapşırığına əsasən “Asan xidmət” əhaliyə səyyar xidmət göstərilməsini davam etdirir. Aprel ayının ilk günlərində bu xidmətdən Abşeron rayonunun sakinləri də yararlanmağa başlayıblar.

Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhərində “ASAN” xidmətin ən son müasir texnoloji avadanlıqlarla təchiz edilmiş ixtisaslandırılmış avtobusu aprelin 12-dək 195 mindən çox sakinə xidmət göstərəcək.

Səyyar xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Bu xidmətlərə notariat fəaliyyəti, ümumvətəndaş pasportlarının, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, torpaq kadastrı, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
183

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
194

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
186

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
245

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
196

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
500
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 18:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru