Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2014
10:27
Avstriya Parlamentinin nümayəndə heyəti Bakıdadır

FaktXəbər-in verdiyi məlumata görə, aprelin 1-də Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov Qərblə Şərq arasında körpü olan Azərbaycanın özəlliklərindən, tarixi nailiyyətlərindən bəhs edib. Ölkələrimiz arasındakı münasibətlərin əsasının hələ orta əsrlərdə qoyulduğunu nəzərə çatdıraraq qeyd etdi ki,  Azərbaycanın müstəqilliyi dövründə dövlətlərarası əlaqələrimiz xeyli genişlənib.

Cavid Qurbanov Azərbaycanın müstəqilliyi dövründə keçdiyimiz yoldan, Avropaya inteqrasiyadan, demokratik dövlət quruculuğu istiqamətində atılan addımlardan və qazanılan uğurlardan söz açdı. Bildirdi ki, biz Avstriyanı özümüzə dost ölkə bilir və Avstriya xalqına çox ehtiramla yanaşırıq. Azərbaycanın qapıları Avstriyanın biznesmenləri və iş adamları üçün həmişə açıqdır.

Görüşdə nümayəndə heyətinin rəhbəri, Avstriya Milli Şurasının ikinci Prezidenti Karlheinz Kopf Şərqi və Mərkəzi Avropa dövlətləri ilə əməkdaşlığı daha da genişlənmdirmək niyyətində olduqlarını bəyan edərək Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiklərini dedi. Azərbaycanda müstəqilliyin 23 ili ərzində çox böyük işlər görüldüyünü məmnunluqla vurğulayıb. Qanunvericilik sahəsində  Avropa standartlarına üstünlük verilməsini, eyni zamanda Azərbaycanın öz tarixi keçmişinə və ənənələrinə sadiqliyini yüksək qiymətləndirib. Qonaq qeyd etdi ki, parlamentlərarası əlaqələrimizin daha da inkişafına diqqət yetirməklə yanaşı çalışacağıq ki, Avstriyadan çoxlu iş adamları Azərbaycana gəlsin və əməkdaşlıq əlaqələrimiz genişlənsin.
Sonra Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən Milli Məclisin komitə sədri Eldar İbrahimov və deputat Gülçöhrə Məmmədova fikirlərini bölüşərək Azərbaycan-Avstriya münasibətlərinin inkişafında hər iki ölkənin  bu görüşdə də iştirak edən səfirləri Qalib İsrafilov və xanım Silviya Meyer-Kaybiçin xidmətlərini yüksək qiymətləndiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68384

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65797

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67619

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66936

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72431

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66704

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67018
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 20:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru