Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2014
10:21
Səyyar `ASAN xidmət` sabahdan regionlarda fəaliyyətə başlayacaq

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş avtobuslar aprelin 1-dən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq.

Mərkəzdən FaktXəbər-ə verilən məlumata görə, 2014-cü dekabrına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Səyyar ASAN xidmət vasitəsilə apreldə aşağıdakı məntələrdə müvafiq rayonların sakinlərinə xidmət göstəriləcək:

1. Aprelin 1-10-da Qazax rayonunda Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinə;

2. Aprelin 1-12-də Xırdalan şəhərində Abşeron rayonun sakinlərinə;

3. Aprelin 14-23-də Ağstafa rayonunda Ağstafa, Qazax, Tovuz rayonlarının sakinlərinə;

4. Aprelin 16-25-də Hacıqabul rayonunda Hacıqabul rayonunun sakinlərinə;

5. Aprelin 27–dən mayın 8-dək Tovuz rayonunda Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinə;

6. Aprelin 29-dan mayın 8-də Kürdəmir rayonunda Kürdəmir rayonun sakinlərinə;

Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi, vətəndaş məmnunluğuna nail olunması Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
171

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
179

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
181

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
240

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
191

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
490
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 17:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru