Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2014
11:01
Hamının bildiyi sirr və ya Qorbaçovun Tetçerlə gizli macəraları

Qarabağ itkisi bizim xalq və millət üçün ən ağrılı məqamlardan biridir. Hər birimiz bilirik ki, Ermənistan ordusu bu gücə malik deyil və rus qızıl ordusunun köməkliyi ilə bunu edib. Burda maraqlı olan bir məqam var ki, bu barədə yazmaq istəyirəm. Həmin vaxtlarda hadisələrin səbəbkarı kim idi?

Rusiya, yoxsa İngiltərə? Məncə uzun uzadı SSRİ-nin dağılma səbəblərini yazmağa ehtiyac yoxdur, iki səbəb qeyd edilə, kifayətdir: Yenidənqurma; Aşkarlıq. Sosializm strukturu ilə idarə olunan bir ölkə üçün bu iki aspekt onu yalnız məhvə sürükləyə bilərdi və elə də oldu. Bunu edən hər birimizin tanıdığı keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov oldu.

"Dəmir ledi" ləqəbli Marqaret Tetçer tərəfindən planlar alan Qorbaçov "SSRİ-nin dağılması üçün hazırlanan böyük planı reallaşdıran şəxs oldu. Qarabağ isə planın bir hissəsi idi.

Mixail Qorbaçovun fəaliyyəti

6 illik hakimiyyəti dövründə, xarici borclar 5.5 dəfə artdı, ölkənin qızıl ehtiyatları isə 11 dəfə azaldı. Sovetlər birliyi bu durumda birtərəfli hərbi-siyasi güzəştlərə getməyə məcbur qalır. Belə hərəkətlər bir dövlət başçısı üçün inanılmaz siyasətdir. Ancaq bu sualların cavabını Marqaret Tetçer öz çıxışlarının birində aydınlıq gətirir: "Sovet liderinin ölüm xəbərini alanda (söhbət Andropovdan gedir), biz gələcək liderin gəlişini öz adamımız olacaq biri haqda düşünməyə başladıq. Bu mənim ekspertlərimin nəticəsində oldu və bu adam Mixail Qorbaçov idi, hansı ki, ekspertlər tərəfindən ehtiyatsız, özünü çox sevən biri kimi xarakterizə olunmuşdu. Sovet siyasi elitası ilə arası yaxşı olduğundan, bizim köməkliyimizlə onun gəlişi mümkün idi".

Bu hədd necə əldə edildi?

1984-cü ilin dekabr ayında Qorbaçovun İngiltərəyə olan səfərini analiz edəndə bilmək olur ki, onu orda gözləyirlərmiş. Səfərin mərkəzi mövzusunu Qorbaçov təyin edir. Halbuki belə tapşırıq almamışdı. Heç nəyə baxmayaraq, Qorbaçov Marqaret Tetçer tərəfindən Çekkerse igamətgahında qarşılanır, hansı ki, bu iqamətgah yalnız etimad olunan xarici səfirlərlə çox vacib məsələlərin həll edilməsi üçün nəzərdə tutulmuşdu. "Dəmir ledi" ilə görüşdə inanılmaz hadisə baş verir. Görüşün iştrakçılarından olan Yakovlev bunu öz memuarlarında yazır: "Görüşlərimiz çox sakit tərzdə davam edirdi, bir hadisəyə qədər. Qorbaçov birdən portfeldən SSRİ-nin Baş Qərargah sənədlərini çıxardıb stolun üzərinə qoydu. Bu sənədlərdə ölkənin siyasi və xarici siyasi xəritələri əks olunmuşdu. (Hansı regionlara raket hücumu planlaşdırılır. Marqaret Tetçer İngiltərə şəhərlərinə bir-bir baxır və Qorbaçov ''cənab baş nazir, bunların hamısını bitirmək lazımdır'', - deyərək, susqunluğu pozdu. Cavabında isə baş nazir "bəli'' cavabın verdi.''

Bu faktı Qorbaçov da danmır

Qorbaçov özünün "Həyat və reformlar" memuarlarında yazır: "Mən baş nazirin qabağına böyük xəritə qoydum, hansı ki, bütün nüvə silahlarının tətbiq olunması planları əks olunmuşdu. O silahlarla dünyanı 1000 dəfə məhv etmək olardı". İlk baxışdan bu sözlər inanılmaz görünə bilər, əsas da ona görə ki, belə "açıq söhbət" Qorbaçovu nəinki işsiz, həm də "başsız" qoya bilərdi. Andropovdan sonra onun yerinə gələn Çernenko ilə arası elə də yaxşı deyildi, ancaq Mİ-6 hərbi təyyarələri Qorbaçovu hakimiyyətə gətirmək üçün lazım olan qədər qurban verdi.

SSRi-nin dağılmaq planı

"Yenidənqurma" və "aşkarlıq" üzərində qurulan siyasət nəticəsində SSRİ hakimiyyəti bərbad vəziyyətə qaldı. Belə vəziyyətdə Qorbaçova son nöqtəni qoymaq lazım idi. O elə etməli idi ki, xalqlar özləri ayrılmağı seçsin. Cərəyan edən hadisələr çox demokratik şəkil alsın. Bunun üçün xalqla nə etmək lazımdır? Bu suala cavab tapmaq istəsəz, Qarabağ hadisələrinə baxın. İnsanlar daim müharibələrdən uzaq olmaq istəyirlər, onlar sakit və firavan həyat arzusundadır, əgər bu aspektlərə zidd çıxan olsa, onlara pis baxılacaq. Qorbaçov elə məhz bunu da etdi. Bizə özümüzə aid olan torpaqlarımızı zəbt etməyə dəstək durdu və SSRİ-ni bizim üçün düşmən şəklinə gətirdi. Bu da ondan ayrılmağa başlıca səbəb oldu.

Təkcə Qarabağ?

1989-cu ildə Gürcüstanda SSRİ-ni tərk etmək üçün hərəkatlar yaranır, bu da gürcü-abxaz, gürcü-osetin münaqişələrinə səbəb olur. Ordu ilə toqquşmalar çoxalmağa başlayır. Litva, Latviya, Moldova və digər ölkələrdə Qorbaçov müxalifət qüvvəsi olaraq öz adamlarını təyin edir və Gürcüstanda olduğu kimi hakimiyyətdə qalmaq istəyənlərlə mübarizələr başlayır. Həmin anlarda müxalifətin necə və hansı yollarla silah alması heç kimi maraqlandırmırdı. Deməli, məsələ tək Azərbaycan deyildi.

Nəticə

Yuxarıda yazılanlar Qorbaçov siyasətinin bir hissəsidir. Burada yalnız analiz etmək lazımdır. Bizdən Qarabağı alan qüvvə hansıdır? Nəyə və kimlərə lazım idi ki, Qarabağı bizdən belə dəhşətli formada alsınlar? Hazırda bir neçə Qərb ölkələrində Qorbaçovun adına evlər, şirkətlər var. Qərb ölkələri bunu gizlində saxlasalar belə, bəzi məlumatlar hamının bildiyi sirdir.

Əli Rəhimli/ BDU-nun tələbəsi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
199

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
311

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
247

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
544
Şərhlər
Hacı tərəfindən 10-04-2014 09:15:00 tarixində yazıldı
sirr deyil ki,
Xristian dünyası bütün dövrlərdə bu dindən olmayanların sahib olduqları əraziləri zəbt eləmişlər.Yəh/xris ittifaqının kitablarında onlardan olmayanları məhv etməyə izn verilir.onlar özlərini dünyanın ağası hesab edirlər. erməniləri dəstəkləmək onlara başqalarının sahib olduğunu zorla alıb vermək onların siyasətidir.çox təəssüflər olsunki,RUS xalqına xain çıxan PYOTR (o əsl pyotr deyil.əsil Pyotru oğurlayıb yerinə bunu göndərmişlər avstriyadan.RUSİYANI SEVƏN RUSLAR bunu bilirlər). çox təəssüf ki,QORBAÇOVA ölkəni dağıtmaq üçün kömək lazımdı.STALİNƏ də hakimiyyətə yiyələnmək üçün ermənilər kömək etmişlər.Bütün ÇAR ailəsini güllələyən də ERMƏNİ komandir olmuşdu.leninin axırına çıxan,STALİNİ zəhərləyən Anastas və s.Ermənilər fitnəkar işlərdə ən çox etibar olunacaq toplumdur.qorbaçova da kömək üçün, xaricdə yaşayan erməni diasporunun (SSRİNİ dağıtmaq) mosonlara təklifi qorbaçovun ətrafındakı ermənilər olub.SSRİNİ dağıtmağın müqabilində AZƏRBAYCAN torpaqları,necəki əsrin əvvəlində də baş vermişdi,veriləcəkdi ermənilərə. vəssalam AZƏRBAYCAN torpaqlarının işğalı qərbin SİYASƏTİDİR.Yəni ATƏT-in qərb hələ də,heç cür İSTANBULU itirməyi həzm edə bilmir.TÜRKİYƏNİN başındaki bu oyunlar da türkiyəni daxili ixtişaşlara soxub zəiflətmək və sonra da ərazisini pay -pürüş etməkdir. AĞILlı olsalar qərb bacarmayacaq.QƏRB xalqları həmişə TÜRK-RUS birliyindən qorxub və yenə də qorxur, onlar ayrı olsalarda yenə də bu iki xalqdan qorxurlar.qərb NƏ RUSLARI nə dəki TÜRKLƏRİ sevmir.ÇÜNKÜ BU İKİ -İNDİ DİNLƏRİ AYRI QARDAŞ xalq həmişə zalıma qarşı bir olmuşlar.sonradan RUSLARI aldadıb xristianlaşdırmış və Türkdən ayırıb Türkə qarşı qoymağı bacarmışlar.BƏŞƏRİYYƏTİN də fəlakəti bu gündən başlamışdır.RUSLAR ARTIQ ANLAMAĞA bAŞLAMIŞLAR ki,onlar da TÜRK DÜNYASININ bir hissəsidirlər.TARİXİ ərazilərində Türklərlə birgə yaşamışlar.YOLUNU azan xalqlara TÜRKLƏRLƏ birlikdə "DƏRS "VErmişlər. və s.-------- kifayətdir.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 20:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru