Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2014
09:59
Bakıya yeni avtobuslar gətirilir

Paytaxtda yaxın vaxtlarda kiçik tutumlu yox, iritutumlu avtobusların sayı kifayət qədər artacaq. Bu da mütəxəssislərin fikrincə, yollardaki bəzi problemlərə son qoya, hətta tıxacların qarşısını bir dəfəlik ala bilər. Bu, hələ olacaq. Hələlik isə, sadəcə olana qatlaşaraq avtobus sürücülərinin avtoşluğuna da, qayda pozmalarına da, dayanacaqlardan necə gəldi çıxmalarına da, insanlarla kobud rəftarına da göz yummalı olacağıq.

“Yaxın vaxtlarda respublika ərazisinə yeni iritutumlu avtobusların gətirilməsi və sayının artırılması nəzərdə tutulur. İstismar müddəti başa çatan avtobuslar isə xətdən uzaqlaşdırılacaq”.

Kiçik tutumlu avtobusların xətdən uzaqlaşdırılması ilə əlaqədar olaraq respublika ərazisinə yüzlərlə avtobus gətirilib. Nəqliyyat nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bu prosesin davam etdirildiyini bildirdi. Avtobusların iriləri ilə əvəz olunması tək şəhərdaxili sərnişindaşımaya deyil, şəhərlərarası sərnişindaşımaya da aid edilir. Maraqlı məqamlardan biri istismar müddətini başa vurmuş avtobusların sonrakı aqibətidir.

Namiq Həsənov deyir ki, istismar müddəti başa çatan avtobuslardan əsasən lom kimi istifadə olunur.
“Bəzən olur ki, avtobus istismar müddətini başa vurur və daha sonra əgər onun hansısa detalı yararlı olursa, o zaman ondan istifadə olunur. Yox əgər o, tam yararsızdırsa o zaman ondan lom kimi istifadə olunur”.

Başqa bir problem isə iritutumlu avtobusların paytaxtda tıxac yaratmasının qaçılmaz olmasıdır. Avtobusların gətirilməsi sakinlər üçün nə qədər müsbət nəticə versə də, tıxacların olmayacağına heç kim zəmanət verə bilməz. Ona görə tıxacların qarşısını almaq üçün Namiq Həsənov iritutumlu avtobuslarin əsasən böyük prospektlərdə xəttə buraxılacağını dedi.

“Biz baxacağıq. Hər yola iritutumlu avtobusları xəttə buraxası deyilik ki. Bu avtobuslar üçün biz iri prospektləri nəzərdə tuturuq. Məsələn Heydər Əliyev prospekti və sair...”.

Avtobus parkının yenilənməsini müsbət hal kimi qiymətləndirən avtoekspert Azər Allahverənov tıxacların azalması üçün təkliflər verdi.
“Əgər iritutumlu avtobus gətirilsə və istismar müddətini başa vurmayan avtobuslar da xətdən uzaqlaşdırılmasa, o zaman tıxacların yaranması mütləqdir. Tıxacların olmaması üçün isə mütləq istismar müddətini başa vuran avtobuslar xətdən uzaqlaşdırılmalıdır".

Avtobus parkının yenilənməsi və yeni iritutumlu avtobusların paytaxta gətirilməsi prosesi 2015-ci ilə qədər davam etdiriləcək./Anstv

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
578

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
413

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 03:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru