Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2014
15:18
2020-ci ildə Avropa çempionatının Bakıda keçirilməsi məsələsi həll olunur

Bu gün "Hilton Baku" mehmanxanasında AFFA-nın növbəti hesabat konfransı keçirilib. Əvvəlcə futbol üzrə milli komandamızın çıxışından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edərək Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışmış, ölkə futbolunda kütləviliyin təmin olunması istiqamətində həyata keçirilmiş layihələr barədə məlumat veriblər.

AFFA-nın prezidenti qeyd edib ki, ötən il Azərbaycan futbolu üçün uğurlu olub. Milli komandamız dünya çempionatının seçmə mərhələsini 9 xalla başa vurub. 2020-ci il Avropa çempionatının oyunlarına ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülmüşdür. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür və apreldə lazımi sənədlər UEFA-ya təqdim olunacaq. Sonra UEFA-nın nümayəndələri namizəd şəhərlərə səfər edəcək və sentyabrın 21-də yekun qərar açıqlanacaq.

"Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın uğurla davam etdirildiyini diqqətə çatdıran natiq paytaxt və regionlarda gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə meydançaların istifadəyə verildiyini deyib.

Konfransda çıxış edən UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.

UEFA-nın birinci vitse-prezidenti ölkəmizdə idman infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, son illər Azərbaycan futbolunda müşahidə olunan inkişaf məni çox sevindirir. Artıq komandanız ciddi rəqib kimi qəbul olunur, Avropa və dünya səviyyəli matçlarda baxımlı oyun nümayiş etdirir.

AFFA-nın baş katibi Elxan Məmmədov ölkəmizdə uşaq futbolunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş, məktəblərdə futbol dərslərinin tədris olunmasını yüksək qiymətləndirmişdir.

Baş katib vurğulamışdır ki, ölkəmizdə futbolun kütləviləşməsi istiqamətində müxtəlif yaş qrupları üzrə çempionatlar təşkil olunur. Ən sevindirici haldır ki, qızlar liqalarının sayı artmaqdadır. Hazırda ölkəmizdə 800-dək qız futbolçu vardır.

Respublikamızda 16 məktəbdə futbol dərslərinin tədris olunduğunu deyən E.Məmmədov, belə məktəblərin sayının artırılması istiqamətində işlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.

Sonra AFFA-nın ötən ilki fəaliyyəti ilə bağlı hesabat xarakterli film nümayiş olunub. Maliyyə hesabatı təqdim olunduqdan sonra "Avro-2020"nin oyunlarının keçirilməsinə ev sahibliyinə namizəd Bakı şəhərinin tarixi və turizm potensialından bəhs edən videoçarx göstərilib.

Sonda dünyanın ulduz futbolçuları və milli komandamızın üzvlərinin birgə çəkildikləri "İrqçiliyə yox!" sosialyönümlü videoçarxı nümayiş olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47872

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45957

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47595

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47171

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52756

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46807

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47249
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-10-2020 16:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru