Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2014
23:01
Azay Quliyev Beynəlxalq Sərhədsiz İnsan Haqları Təşkilatının direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev mərkəzi qərargahı Brüsseldə yerləşən Beynəlxalq Sərhədsiz İnsan Haqları Təşkilatının (BSİHT)  direktoru  Villi Fetr ilə görüşüb.

Şuradan FaktXəbər-ə verilən məlumata görə, görüşdə insan hüquqları sahəsində böyük təcrübəyə malik  olan BSİHT-in direktoru Şuranın maliyyə dəstəyi ilə həyata keçirdikləri  “Azərbaycanda birgə yaşayış: etnik fərqliliyin idarə edilməsi və tolerantlıq mədəniyyəti” layihəsinin icra vəziyyəti haqqında məlumat verib. Villi Fetr martın 6-dək Azərbaycanın rus, polyak, avar, tatar, ləzgi, talış, erməni, ukraynalı, bolqar, kürd, yunan, kazak və ahıska türkləri icmalarının nümayəndələri ilə görüş keçirəcəklərini bildirib.   Qonaq səfərin nəticəsi olaraq hazırlayacaqları hesabatın sentyabrda Avropa Parlamentinin yeni seçilmiş üzvlərinə, oktyabrda isə Varşavada  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) təqdim olunacağını qeyd edib.

Azərbaycanın etnik, milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının hüquq və azadlıqlarının təminatı məsələsini daim diqqətdə saxladığını bildirən Şura sədri ölkəmizdə yüzillərdən bəri mövcud olan multikulturalizm mühiti haqqında danışıb və demokratikləşmə istiqamətində həyata keçirilən işlərlə bağlı qonaqlara məlumat verib. Azay Quliyev saylarından asılı olmayaraq əksər etnik qrupların Azərbaycan parlamentində təmsil  edildiyini və onların vətəndaş hüquqlarından tam şəkildə istifadə etdiklərini vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
578

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
413

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 02:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru