Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2014
1624
`ASAN xidmət` mərkəzinin `əməkdaş`larına cinayət işi açılıb

Baş Prokurorluğun mətbuat xidmətindən  FaktXəbər-ə verilən məlumata görə, özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş şəxslərin qanunsuz əməlləri ifşa olunub.

Bərdə, Şəki, Saatlı və Salyan rayon sakinlərinin özlərini Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş bir qrup şəxsin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırmalarla müəyyən edilib ki, özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş “Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti”, “Daşınmaz Əmlakın Qiymətləndirilməsi”, “Qiymətləndirmə Xidməti”, “S.F.Qiymətləndirmə” və “Kamal SF” Məhdud Məsuliyyətli Cəmiyyətlərin vəzifəli şəxsləri və əməkdaşları Rauf Zülfüqarov, Vüsal Baxşəliyev, Vüsal Əmiri, Hüseyn Abdullayev, Murad Qəribov və digərləri Bərdə, Şəki, Saatlı, Salyan və digər rayon sakinlərindən torpaq sahələrinin və fərdi yaşayış evlərinə dair mülkiyyət hüququ haqqında qeydiyyat şəhadətnamələrinin verilməsi, fərdi tikinti evlərinin qiymətləndirilməsi, əmlakın qiymətləndirilməsi pasportunun hazırlanması və digər xidmətlər müqabilində müxtəlif məbləğlərdə pul tələb etməklə alıblar.


Adıçəkilən cəmiyyətlərin vəzifəli şəxslərinin göstərdikləri xidmət müqabilində pul tələb edib almalarında və bununla da Dövlət Agentliyinin və digər dövlət qurumlarının işgüzar nüfuzuna və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin  178.2.3 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda həmin MMC-lərin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
181

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
189

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
186

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
245

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
196

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
500
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 18:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru