Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2009
14:45
Ramazanda insanların susuz qalması pislənildi
Borcu olmayanların suyunu kəsirsinizsə, böyük günaha batırsız

Hacı Ilqar Ibrahimoğlu: «Güman edirəm ki, su idarəsində çalışanlar bu ayda inanc əhlinə, imanlı insanlara lazımsız problemlər yaratmazlar»

Bir çoxlarının səbirsizliklə gözlədiyi Ramazan ayı başladı. Lakin paytaxtın bir çox yerində Ramazanın ilk günü bir qədər xoşagəlməzliklə yadda qaldı. Belə ki, Bakının bəzi yerlərində avqustun 20-dən başlayaraq suyun verilməsi dayandırıldı. Azərsu SC yalnız borcu olan abonentlərin suyunun kəsildiyini desə də, əslində suya görə borcu olmayanlar da eyni problemlə üzləşdilər. Dünən suyun verilməsi bərpa edilsə də, niyyət axşamı hesab edilən avqustun 21-də oruc tutmağa hazırlaşanlar susuz qaldı. Bu da onlara müəyyən problemlər yaratdı. Bəs qüsul verib oruc tutmaq istəyənləri bundan məhrum edənlərin əməli necə qiymətləndirilməlidir?
Ramazan ayı öncəsi paytaxt sakinlərinin susuz qalmasına münasibət bildirən DEVAMM sədri Hacı Ilqar Ibrahimoğlu bunu mənfi hal kimi qiymətləndirdi: “Bu, çox pis bir haldır. Qəzet vasitəsilə bu sahədə işləyən həmvətənlərimə müraciət edirəm. Mübarək Ramazan ayında insanların mənəvi ab-havasının qorunmasına, hifs olunmasına, inkişafına öz töhfələrini versinlər. Su inancımızda ən önəmli mövzulardan biridir. Inancımız təmizliyə, paklığa çox böyük önəm verir. Xüsusilə qüsul almaq sudan istifadədən keçir. Yəni təmizlik orucluğun ən önəmli xüsusiyyətlərindən biridir. Ən əsası da odur ki, təqribən 15-16 saatlıq gün ərzində oruc tutan insanın xidmətində durmaq böyük bir şərəf olardı. Ona görə də o sahədə fəaliyyət göstərən həmvətənlərimə ricam budur ki, onlar bu ayda gerçək mənada müsəlman kimi, insan kimi ortalığa xidmətlərini qoysunlar. Insanların bu kimi çətinliklə üz-üzə gəlməsinə imkan yaranmasın. Uca Allahdan hər birimizə bu istiqamətdə tofiqat nəsib etməsini diləyirik. Bu ayda heç olmasa heç kəs bir-birini incitməsin, bu kimi formada məişət problemləri yaranmasın. Insanlar rahat oruclarını tutsunlar”.
Hacı Ilqar mübarək Ramazan ayında bir çox müsəlman ölkələrində insanlara yardımlar edildiyi bir ərəfədə Bakıda suyun borca görə kəsilməsini uğursuz bəhanə adlandırdı: “Bu problem bir çox borcu olmayanların da başına gəlib. Ona görə də bu borc bəhanəsi çox uğursuz bəhanədir. Mübarək Ramazan ayı öncəsi müsəlman, hətta Qərb ölkələrində müsəlmanların ovqatını yaxşılaşdırmaq istiqamətində işlər görülür. Insanlar həbsxanalardan azad edilir. Hətta Qərb dövlətinin başçısı müsəlmanlara müraciət edib, təbrik edir. Müsəlman ölkələrində isə bu ay özünə məxsus bir vəziyyətdədir. Iş rejimlərində bir dəyişiklik olur. Hamı ilahi ziyafətdə iştirak üçün maksimum imkanlarını artırırlar. Güman edirəm ki, su idarəsində çalışanlar bu ayda inanc əhlinə, imanlı insanlara lazımsız problemlər yaratmazlar. Ümumən nahaq yerə insanlara zülm eləmənin bir növü də budur. Borcu olmayanların suyunu kəsirsinizsə, böyük günaha batırsız. Yəni insana zülm edirsiniz. Borcu olmayan insanın suyunun kəsilməsinin əsası yoxdur. Allah heç kimi su ilə imtahana çəkməsin. Bilsinlər ki, bir gün qiyamət günü insan gerçək susuzluq vəziyyətində olacaqlar. O zaman gözəl əməllər onların mənəvi susuzluğunu aradan qaldıra bilər. Bu mübarək ayda öz əməllərində diqqətli olsunlar. Inanıram ki, Ramazan ayında buna oxşar hallar təkrarlanmaz inşallah”. azadlıq.az

Faktxeber.com

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3761

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2749

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2162

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1852
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 02:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru