Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2014
13:45
Azərbaycan İslam Partiyası İlham Əliyevə müraciət etdi
“İcra hakimiyyəti orqanlarının məsul şəxsləri təxribatçılıqla məşğul olanlara qoşularaq əhalini qorxu və xof altında saxlamağa çalışırlar”

Bir neçə gün öncə sosial şəbəkədə yeləşdirilən və Astara sakinlərinə qarşı yönəlmiş təhqiredici məlumat insanların ciddi narahatlığına səbəb olub. Məsələ barədə, Ərçivan  qəsəbə sakinləri rayonun rəsmi dairələrinə təxribatçının tapılması və cəzalandırılması  ilə bağlı  müraciət ünvanlayıblar. Rayonun icra başçısı  Qəzənfər Ağayev  10 min əhalisi olan Ərçivan əhalisini cinayətkarın tapılacağına əmin edib. 

Hadisənin vaxtında araşdırılıb tədbir görülməməsi  yeni təxribatların baş verməsinə şərait yaradıb və nəticədə bazar yandırılıb. Bu isə onsuz da sosial vəziyyəti ağır olan, işsizliyin  pik nöqtəyə çatdığı qəsəbə sakinlərinin vəziyyətini daha da ağırlaşdırıb.

Məsələ ilə bağlı Azərbaycan İslam Partiyası Bəyanat yayıb. Partiyanın mətbiat xidmətinin yayımladığı Bəyanatda deyilir: “Rayon əhalisinin bu günə qədər inam və etimadını qazana bilməyən yerli icra hakimiyyəti orqanları, çıxış yolunu əhaliyə qarşı inzibati amirlik tədbirlərinin tətbiqi və həbslərdə görüb. Bunun da nəticəsində günahlı ilə günahsıza fərq qoymadan, arada “fəallıq” göstərən təxribatçının törətdiyi qarışıqlıqda təqsirsiz adamlar, cümlədən, insanları təxribatlara uymamağa, sakitliyə çağıran Azərbaycan İslam Partiyası Astara rayon Komitəsinin sədri saxlanılıb.

  Artıq  beş gündür ki, saxlanılanlar barədə heç bir məlumat almayan Ərçivan sakinləri ciddi narahatlıq keçirir, hüquq-mühafizə orqanlarının günahsız insanları haqsız olaraq həbs  etmələrinə  etirazlarını bildirirlər.

Azərbaycan İslam Partiyası baş verən hadisələrlə bağlı ölkə rəhbərliyinin diqqətinə çatdırır ki, yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri bölgələrdə əhalinin sosial  həyat şəraitini yaxşılaşdırmaq, insanları işlə təmin etmək, onları narahat edən problemləri aradan qaldırmaq əvəzinə,  onlara həvalə olunan vəzifə və tapşırıqların yerinə yetirilməməsindən diqqəti yayındırmaq məqsədilə,  təxribatçılıqla məşğul olanlara qoşularaq əhalini qorxu və xof altında saxlamağa çalışırlar.

Astara  rayonunda baş verən bu anlaşılmazlıq bir neçə günahsız  şəxsin saxlanması ilə nəticələnib və bütün rayon sakinlərinin narahatlığına səbəb olub. Biz problemin tezliklə aradan qaldırılması, həbs olunan  insanların azadlığa buraxılması üçün  dövlət  rəhbərliyi tərəfindən konkret tapşırıqlar  verilməsini vacib və  məqsədəuyğun hesab edirik.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
370

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
719
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 22:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru