
Bu gün Vyana məhkəməsində Avstriyanın Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS” şirkəti ilə Azərbaycanın Mərkəzi Bankı arasında 2005-2011-ci illərdə manat çapına dair müqavilələrdə korrupsiya sövdələşməsi işi üzrə prosesin ikinci iclası başlayıb.
Virtualaz.org saytı Avstriya qaynaqlarına istinadən xəbər verir ki, budəfəki iclas müttəhimlərin ifadələri və sual-cavabla keçir. Məhkəmə zalında akustika pis olduğundan ittiham olunanlar hakim Georg Olsçakın suallarını yaxşı eşidə bilmirdilər.
Müttəhimlərdən “OeBS” şirkətinin kommersiya şöbəsinin rəhbəri olan V. və şirkətin marketinq şöbəsinin rəhbəri, əslən Rumıniyadan olan Raluca T., habelə maliyyə direktoru U. ifadə veriblər.
Hakim onlara Azərbaycan Mərkəzi Bankı ilə manat çapı müqaviləsi üzrə danışıqların ilk dəfə nə vaxt başladığı, 20 faizlik “şapka” şərti ilə bağlı məsələnin ilk dəfə kim tərəfindən qaldırıldığı, danışıqların detalları barədə suallar verib.
Hakim Azərbaycan və Suriya kimi “şübhəli imicə malik ölkələrlə” kommersiya danışıqlarına başlamazdan əvvəl “OeBS” şirkəti rəhbərliyinin mümkün rüşvət sövdələşməsindən yayınmaq üçün müzakirələr aparıb-aparmadığı barədə sual verib.
U. bildirib ki, heç bir belə müzakirələr aparılmayıb. Hakim onun cavabından təəccüblənib.
V. hakimin suallarına cavab olaraq ilk dəfə Azərbaycana nə vaxt getdiyini deyib. Onun cavabı məhkəmə protokoluna qeyd olunub.
Hakim Olsçak müttəhimə daha sonra bu sualı verib: “Müqavilənin nominal dəyərinin 20 faizi həcmində “şapka”nın zəruri olduğunu ilk dəfə kim demişdi?”
“OeBS” şirkətinin keçmiş kommersiya direktoru bu suala “Cənab Doktor T.” deyə cavab verib.
Bildirilir ki, V. istintaqa ifadəsində hər şeyi etiraf edib və rüşvət sxeminin necə işlədiyini açmaqda prokurora kömək göstərib. V. deyib ki, bu cür müqavilələrdə “şapka” ödənilməsi “əsasən xarakerik haldır” və o, rüşvət yox, “komission ödəmə” hesab olunur.
“Bəs sizə nə vaxt aydın oldu ki, söhbət rüşvətdən gedir?” - hakim Olsçak sual edib.
V. cavabında “qısa müddətdən sonra aydın oldu” deyib.
“Mən bu pulların kimə və hansı dərəcədə getdiyini bilmirdim. Çünki o vaxt prosesdə iştirak etmirdim. Həmin vaxt məlumatlı deyildim” - deyə V. bildirib.
Bununla belə “OeBS”-nin keçmiş kommersiya direktoru sövdələşmədən mənfəət götürdüyünü etiraf edib.
Məhkəmə zamanı aparılan sual-cavablardan aydın olub ki, “OeBS” şirkəti Direktorlar Şurasının keçmiş rəhbəri, Avstriya Mərkəzi Bankının keçmiş vitse-qubernatoru Volfhanq Duçatekin də Azərbaycan Mərkəzi Bankının vəzifəlilərinə “şapka” ödənilməsinə dair danışıqlardan xəbəri olub.
Təqsirləndirilənlərdən U. deyib ki, Duçatek Direktorlar Şurasının iclasında azərbaycanlıların tələb etdiyi “komission haqqı”nın yüksək olduğunu deyib və ona faizin azaldılmasını tapşırıb.
Azərbaycan Mərkəzi Bankında 20 faizlik “şapka” barədə şərti ilk dəfə irəli sürən “Cənab Doktor T.”nin kimliyi göstərilməsə də, məhkəmənin gedişində onun bankda “menecer” statusunda olduğu məlum olur.
Təqsirləndirilənlərdən birinin vəkili Georq Zanger deyib ki, prokurorun korrupsiya və çirkli pulların yuyulması ittihamlarının əsası yoxdur. Çünki “OeBS” şirkətinin Azərbaycan Mərkəzi Bankı ilə bütün biznesi “zərərsiz, hərçənd ki, qeyri-adi” olub. Vəkilin sözlərinə görə, çirkli pulların yuyulmasından söhbət gedə bilməz. Çünki danışıqlar zamanı menecer T. Azərbaycan Mərkəzi Bankının rəhbərlərinin bu pulları “şəxsən özünə götürmədiyini” demişdi.
“Ola bilsin pullar məxfi xidmətlərin hesabına gedib. Bu halda söhbət çirkli pulların yuyulmasından gedə bilməz, çünki pullar bütün hallarda dövlətin nəzarəti altından kənara çıxmayıb” - deyə vəkil bildirib.
Məhkəmədə prokuror Volkert Sachmann “OeBS” şirkətinin keçmiş meneceri Q.-nin ifadələrində rüşvət sxeminin necə işlədiyini danışdığını, onun özünün “azərbaycanlılarla müqavilədən cəmi 150 min avro qazandığını” bildirib. Prokuror Q.-nin bu oyunda “ən xırda oyunçu olduğunu” deyib.
Gözlənilirdi ki, bugünkü məhkəmə prosesində “OeBS” şirkətinin keçmiş baş direktoru Maykl Volf ona qarşı irəli sürülmüş ittihamları qəbul etdiyini bildirəcək və etiraflarla çıxış edəcək.
Proses davam edir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 23-06-2020 10:11 AMB-nin valyuta məzənnələri
- 23-06-2020 09:30 Nefti qiyməti bahalaşmağa başlayıb
- 19-06-2020 17:55 İyunun 22-də dolların manata qarşı məzənnəsi
- 19-06-2020 09:26 İyunun 19-da xarici valyutaların manata qarşı məzənnələri
- 18-06-2020 17:44 İyunun 19-da dolların manata qarşı məzənnəsi
- 18-06-2020 10:16 AMB-nin valyuta məzənnələri
- 17-06-2020 17:30 Sabaha olan xarici valyutaların manata qarşı məzənnələri
- 17-06-2020 09:20 Xarici valyutaların manata qarşı məzənnələri
- 16-06-2020 17:30 İyunun 17-də dolların manata qarşı məzənnəsi
- 16-06-2020 09:25 Bu günə xarici valyutaların manata qarşı məzənnələri
- 15-06-2020 10:00 Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb
- 12-06-2020 17:42 İyunun 16-da dolların manata qarşı məzənnəsi
- 12-06-2020 09:26 Xarici valyutaların manata qarşı məzənnələri
- 11-06-2020 17:22 Sabaha xarici valyutaların manata qarşı məzənnələri
- 11-06-2020 10:53 Azərbaycan nefti yenidən bahalaşıb
- 11-06-2020 09:10 Bu günə xarici valyutaların manata qarşı məzənnələri
- 10-06-2020 17:15 İyunun 11-də dolların manata qarşı məzənnəsi
- 10-06-2020 09:12 Xarici valyutaların manata qarşı məzənnələri
- 09-06-2020 09:44 Xarici valyutaların manata qarşı məzənnələri
- 08-06-2020 09:37 Xarici valyutaların manata qarşı məzənnələri
- 08-06-2020 09:10 Dünya bazarlarında təbii qaz ucuzlaşıb, neft bahalaşıb
- 06-06-2020 10:39 Dünya bazarlarında təbii qaz ucuzlaşıb, neft bahalaşıb
- 04-06-2020 11:57 Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 146 mln. manatdan çox maliyyə dəstəyi göstərilib
- 04-06-2020 09:42 İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri
- 03-06-2020 17:27 İyunun 4-də dolların manata qarşı məzənnəsi