Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2014
22:11
Azay Quliyev ATƏT PA-nın sessiyasında iştirak etmək üçün Vyanaya səfər edib

ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev ATƏT PA-nın Vyanada keçiriləcək qış sessiyasında iştirak etmək Avstriya paytaxtına səfər edib.

Milli Məclisdən verilən məlumata görə, sessiyada "Ekstremizmin, radikalizmin və ksenofobiyanın güclənməsinin ATƏT regionuna təsiri", "Ukraynada siyasi vəziyyət" mövzuları ilə bağlı müzakirələrin keçirilməsi gözlənilir.

Sessiya çərçivəsində qurumun Demokratiya, insan haqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə komitələrinin iclasları keçiriləcək.

Tədbirlərdə ATƏT regionunda qanunun aliliyi, silahlı qüvvələrə və təhlükəsizliyə parlament nəzarətinin həyata keçirilməsi, bu sahədə milli və beynəlxalq səviyyədə şəffaflığın təmin edilməsi, su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Bundan başqa, Siyasi məsələlər və təhlükəsizlik komitəsinin "2014-cü il üçün aralıq hesabatı" təqdim ediləcək. Hesabatda regiondakı bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupunun fəaliyyəti öz əksini tapıb.

ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü A.Quliyev hesabatla bağlı çıxış edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək və təkliflərini səsləndirəcək.

Baş Komitənin məruzəçisinin ATƏT Parlament Assambleyasının iyunun 28-də Bakıda keçiriləcək 23-cü illik sessiyası ilə bağlı təqdimatı olacaq.

Səfər fevralın 15-dək davam edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53555

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51713

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53198

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52898

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58263

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52526

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52927
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-11-2020 15:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru