Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2014
15:39
“Elektron hökumət” portalının “Facebook” istifadəçilərinin sayı 120 min nəfərə çatıb

“Elektron hökumət” portalının rəsmi “Facebook” səhifəsinə maraq günü-gündən artır. Hazırda səhifə istifadəçilərinin sayı 120 min nəfər təşkil edir.

Sözügedən “Facebook” səhifəsi ölkəmizdə “Elektron hökumət”in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşları maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq, eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək, istifadəçiləri keyfiyyətli elektron xidmətlərlə təmin etmək məqsədilə yaradılıb.

Qeyd edək ki, “Elektron hökumət” portalı üzərindən e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər “Facebook” səhifəsinə daxil olaraq öz fikirlərini bildirir və paylaşırlar. Səhifəyə ünvanlanan suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürülən təklif və rəylər mütəmadi olaraq nəzərə alınır.

Xatırladaq ki, “Elektron hökumət”  portalı  dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Vətəndaşlara dövlət tərəfindən göstərilən xidmətlər burada elektron mühitdə təqdim edilir./“ICTnews”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13074

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11762

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13185

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12764

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18129

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
12621

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12761
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 02:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru