
Erkən nikah uşaqların təhsil hüququnun pozulması baxımından, erkən yaşda nikaha daxil olan qız tərəfindən dünyaya gələn uşağın sağlamlığında, onun düzgün tərbiyə edilməsində ciddi problemlər yaratdığından, həmçinin rəsmi nikah olmadığından sonradan hüquqi problemlərin meydana gəlməsinə şərait yaratdığına görə çox ciddi sosial problem hesab edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə işləri aparılır. FaktXəbər-in verdiyi məlumata görə, növbəti tədbir olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xəzər rayonu İcra hakimiyyəti ilə birgə “Erkən nikah və onun fəsadları” adlı Dəyirmi Masa təşkil etmişdir.
Tədbirdə millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdirlər. Tədbiri Xəzər rayonu İcra hakimiyyəti başçısının müavini Vaqif Həsənov açmış, mövcud problemlərdən danışmış, həmçinin Xəzər rayonu üzrə 2013-cü ildə 9 erkən nikah faktının qeydə alındığını bildirmiş, bu hallarla ciddi surətdə aparıldığı barədə danışmışdır. Sonra qonaqları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva salamlamış, erkən nikah hallarının aradan qaldırılması üzrə Komitənin fəaliyyətindən, erkən nikah hallarının mənfi nəticələrindən danışmışdır. Aynur Sofiyeva erkən nikah hallarının aradan qaldırılmasında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın, təhsil müəssisələrinin, valideynlərin, din xadimlərinin və ictimai qınağın mühüm rolu olduğunu bildirmişdir.
Tədbirdə çıxış edən millət vəkili Rauf Əliyev erkən nikah problemi ilə yanaşı rayonda uşaq və gənclərin asudə vaxtlarının təşkilindən, onlar üçün yaradılan şəraitdən, qarşıda duran məsələlərdən danışmışdır. Millət vəkili Hadı Rəcəbli öz çıxışında erkən nikah zamanı qızların ailə həyatına hazır olmadıqları üçün gələcəkdə boşanmaların sayının artdığını bildirərək bu istiqamətdə maarifləndirmənin gücləndirilməsini zəruri olaraq qeyd etmişdir.
UNİCEF-in nümayəndəsi Ramiz Behbudov 2011-ci ildə Komitə ilə birgə erkən nikahla problemi ilə bağlı Lənkəran, Ağstafa, Quba, və Bakı ətrafı kəndlərdə araşdırma aparıldığını bildirmişdir. Problemin həll edilməsində icra hakimiyyətində sosial işçi ştatının yaradılması, məktəblərdə müəllim və valideynlərlə işlərin gücləndirilməsi, Komitə ilə icra hakimiyyəti orqanları nəzdində yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın sıx əməkdaşlığının gücləndirilməsi təkliflərini irəli sürmüşdür.
Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev erkən nikahın fəsadlarından, Azərbaycan hökumətinin qoşulduğu Konvensiyalardan və Milli qanunvericilikdən danışmışdır.
Tədbirin sonunda problemlər müzakirə olunmuş və bir sıra təkliflər irəli sürülmüşdür.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 17-06-2020 12:44 Koronavirusun müalicəsi üçün ən effektiv dərman cəmi 10 manata başa gəlir
- 12-06-2020 16:10 Dünyanın genetik "ağları": Albinos
- 12-06-2020 14:25 Koronavirusun ən çox meyl elədiyi qan qrupu açıqlanıb
- 02-06-2020 09:59 Streslə mübarizə aparmaq üçün 10 təsirli qida
- 19-05-2020 09:10 Koronavirus peyvəndi insanlarda sınaqdan uğurla keçirilib
- 16-03-2020 11:05 TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı
- 26-02-2020 14:03 Nazirlik koronavirusdan qorunma yollarını açıqlayıb - VİDEO
- 26-02-2020 10:18 Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı
- 24-02-2020 17:26 Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı RƏSMİ AÇIQLAMA
- 13-02-2020 15:43 Həkimlər koronavirus vaksinlərini sınaqdan keçirməyə hazırlaşırlar
- 12-02-2020 11:32 Xorultu təhlükəli xəstəliyin əlaməti imiş
- 11-02-2020 17:33 Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
- 10-02-2020 14:35 Türk professordan koronavirus açıqlaması: Bunları yeyin, problem yoxdur
- 07-02-2020 13:15 Rusiyalı alimlər virusları öldürə biləcək maska hazırladılar
- 07-02-2020 12:21 Böyrək, hemodializ xəstələri arasında kişilərin sayı daha çoxdur
- 06-02-2020 17:11 Naməlum səbəblərə görə koronavirus bu şəxslərə yoluxmur
- 06-02-2020 12:55 Qoz suyunun faydları
- 31-01-2020 10:51 Çindən gələn bağlamalarda virus ola bilərmi? - VİRUSULOQ CAVABLANDIRIB
- 29-01-2020 12:41 Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb
- 22-01-2020 11:15 Beyin işini yaxşılaşdırmağın sadə yolu açıqlanıb
- 21-01-2020 12:49 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ!
- 17-01-2020 12:54 Süd bioloji qocalmanı yavaşladır
- 16-01-2020 09:52 Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
- 14-01-2020 09:53 İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə nələr daxildir? - SİYAHI
- 27-12-2019 09:50 Azərbaycanda psixi xəstələrin sayı bir ildə 2000 nəfər artıb