Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2014
15:12
Qoruğa dəyən 54 min manat ziyana görə direktor işdən qovuldu.

FaktXəbər-in verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara səbəb olan şəraitin aradan qaldırılması üçün 2013-cü ildə ardıcıl tədbirlər həyata keçirilmiş, bu proses 2014-cü ilin ilk aylarında da davam etdirilib.

2014-cü ilin yanvar ayında Şirvan Milli Parkının 3 saylı sahəsində 3 nəfər şəxsin qanunsuz ov etmələri faktı aşkar edilmiş, onlardan 3 ədəd ov tüfəngi, 3 ədəd patrondaş, müxtəlif çaplı 120 ədəd dolu patron, 1 baş ovlanmış yaşılbaş ördək və adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na salınmış 2 baş ovlanmış turac, 1 ədəd rezin qayıq və digər predmetlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 404-cü maddəsinə əsasən maddi sübut kimi götürülüb. Faktla bağlı təqsirkar şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsi ilə təqsirkarlara, ümumilikdə 4000 manat məbləğində cərimə tətbiq olunub və qanunsuz ov nəticəsində təbiətə dəymiş ziyan hesablanaraq 1985,50 manat məbləğində iddia qaldırılıb.

Şirvan Milli Parkında araşdırmalar davam etdirilmiş və bir gün sonra Parkın yenə 3 saylı sahəsində ayrı-ayrı şəxslərə məxsus 3 yerdə mal-qara yatağının olması faktı və bu yataqlarda mal-qara saxlanılan çoxlu sayda tövlə, yaşayış yerləri və yardımçı tikililər aşkarlanıb, həmin yataqlarda ümumilikdə 902 baş xırdabuynuzlu və 98 baş iribuynuzlu mal-qaranın saxlanılması nəticəsində 2,7 hektar torpaq sahəsinin bitki örtüyünün tamamilə məhv olduğu müəyyən edilib. Milli parkın ərazisində yataqların qanunsuz fəaliyyəti nəticəsində təbiətə 51330,60 manat məbləğində ziyan dəyib.

Həmin əraziyə növbəti baxış zamanı parkın 3 saylı sahəsində daha 855 baş xırdabuynuzlu mal-qaranın özlərini təqdim etməyən şəxslər tərəfindən otarılması, 208 baş iribuynuzlu mal-qaranın və 28 baş atın sahibsiz halda otlaması faktları aşkarlanmışdır. Aparılmış araşdırma zamanı mal-qaranın sahibləri müəyyənləşdirilmiş, bu şəxslər barəsində akt və inzibati xəta haqqında protokol tərtib edilmişdir. İribuynuzlu mal-qaranın Milli Parka vurduğu ziyan 331,76 manat, atların otlaması nəticəsində Milli Parka dəymiş ziyan 44,66 manat məbləğində hesablanmış və bu məbləğ həmin gün növbədə olan mühafizə yegerlərinin üzərinə yazılmışdır. Bununla da, ümumilikdə təbiətə 54303,84 manat məbləğində ziyan dəyməsi faktı üzə çıxarılıb.

Ərazidə yuxarıda göstərilən qanunsuzluqlara yol verdiklərinə görə Şirvan Milli Parkının direktoru və parkın mühafizə yegeri tutduqları vəzifədən azad edilib.

Mühafizəyə cavabdeh digər əməkdaşların məsuliyyətinin müəyyənləşdirilməsi məqsədilə qanunamüvafiq tədbirlər davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
294

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1422

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

22

Noyabr
10:33
ELM / TƏHSİL
266

9 ayın yekunu: 47 min nikah, 107 doğum

22

Noyabr
10:15
ÖLKƏ
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 14:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru