Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Fevral

2014
16:59
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb

FaktXəbər-in verdiyi məlumata görə, 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2674.8 mln. manat təşkil etmişdir ki, bu da proqnoz göstəricisindən 42.1 mln. manat və ya 1,6 faiz çoxdur.


Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 45.5 mln. manat və ya 2.9 faiz yuxarı olmaqla 2012-ci ilə nisbətən 12.2 faiz və ya 173.2 mln. manat artaraq 1595.6 mln. manat təşkil etmişdir.


Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62.5 faizi və ya 997.2 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. 


Həmin  sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 137.2 mln. manat və ya 16 faiz,  əvvəlki ilə nisbətən isə 14.6 faiz və ya 126.9 mln. manat yuxarı olmuşdur. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, əvvəlki ililə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 28.5 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 21.8 faiz artmışdır.

2013-cü ildə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 598.4 mln. manat təşkil etmiş və  proqnoz  86.7 faiz icra olunmuşdur.  

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4.3 mln. manat təşkil etmişdir. 

Dövlət büdcəsindən 1077 mln. manat məbləğində transfert Fondun xəzinə hesabına köçürülmüşdür.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.

2013-cü ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2588.3 mln. manat olmuşdur.


Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2530.5 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 127.3 mln. manat və ya 5.3 faiz  çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə  nisbətən 5.3 faiz və ya 124.3 mln. manat artaraq 2468.2 mln. manat təşkil etmişdir. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən  2013-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,1 faizlik (2012-ci ilin istehlak qiymətləri indeksinə uyğun), 1 sentyabrından isə baza hissəsinə 15 manatlıq artım tətbiq olunmuşdur. 

2013-cü ildə əhaliyə 62.3 mln. manat məbləğində müavinət ödənilmişdir ki, bunun da 32.4 faizi hamiləliyə və doğuma görə, 28.6 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 14.9 faizi dəfn üçün, 24.1 faizi isə digər müavinətlərin payına düşür. 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 57.7 mln. manat (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun aparatının və yerli orqanlarının saxlanılmasına 22.3 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 16.6 mln. manat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 17.5 mln. manat)  təşkil etmişdir ki, bu da 2012-ci ilin göstəricisindən 2.1 mln. manat və ya 3.5 faiz azdır. 

Məlumat Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsi tərəfindən hazırlanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47982

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46057

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47710

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47321

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52858

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46903

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47335
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 13:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru