Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Fevral

2014
14:31
Azay Quliyev Milli Məclisdə iki məsələyə münasibət bildirib

FaktXəbər-in məlumatına görə, bu gün Milli Məclisin yaz sessiyası işinə başlayıb. Millət vəkili Azay Quliyev MM-in 2014-cü ildəki ilk sessiyasında çıxış edib.

Millət vəkili ilk olaraq yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə keçirilən görüş haqqında məlumat verərək bildirib ki, 17 dekabr 2013-cü ildə Milli Məclisin  QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara etdiyi əlavə və dəyişikliklər Parlamentin “Hüquq siyasəti və dövlət quruculuğu” komitəsinin sədri Əli Hüseynlinin, Ədliyyə nazirliyinin  “Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti” idarəsinin rəisi Rahim Rəhimovun, Avropa Komissiyasının Bakı ofisinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və dəyişikliklərdən narazı qalan QHT nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirə edilib:

“Məlumat üçün deyim ki, təşkil olunan üçtərəfli dialoq çox məhsuldar keçdi və narazılıq yaradan bütün məsələlərə aydınlıq gətirildi.  Hesab edirəm ki, səmimi keçən bu görüşdən QHT-lər razı qaldılar və onların bir sıra narahatçılığına da son qoyuldu. Yekunda qərara aldıq ki, qanunun praktik tətbiqində ortaya çıxan mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində hüquq və monitorinq komissiyası yaradılsın”.

Millət vəkilinin sözlərinə görə, bu bir daha onu göstərir ki, Azərbaycan dövləti və vətəndaş cəmiyyəti institutları istənilən məsələnin həlli ilə əlaqədar bir araya gəlib anlaşma əldə etməyə və sivil qaydada dialoq aparmağa qadirdilər. “Bu baxımdan beynəlxalq təşkilatlara, xüsusilə AŞPA və Avropa Parlamentinə,  ayrı-ayrı ölkələrin səfirliklərinə müraciət edərək demək istərdim ki, artıq bu məsələ ilə əlaqədar kənar müdaxilələrə ehtiyac qalmadı və qoy onlar bundan sonra bu mövzunu istismar etməsinlər”- deyə millət vəkili bəyan edib.

Azay Quliyev çıxışında "İctimai iştirakçılıq haqqında"  Qanunun tətbiq edilməsi ilə əlaqədar cənabvPrezident İlham Əliyevin imzaladığı 16 yanvar 2014-cü il tarixli fərmanı haqqında da danışıb.  Millət vəkili qeyd edib ki, bu fərmanda çox mühüm məqamlar, o cümlədən qanunların və  hüquqi normativ aktlarının “İctimai iştirakçılıq haqqında” Qanuna uyğunlaşdırılması, qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən yeni qanun layihəsinin hazırlanması, Qanunun əsas mahiyyətini təşkil edən 1.0.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidentinin həyata keçirməsi kimi olduqca əhəmiyyətli müddəalar əksini tapıb.

Millət vəkili “Hesab edirəm ki, Cənab Prezidentin imzaladığı bu fərman  Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda yaxından iştirakını təmin edən çox mühüm bir sənəddir. Şübhəsiz ki, bu cür sənədlər dövlət  başçısının siyasi iradəsi və vətəndaşlarına olan yüksək etimadı və inamı hesabına mümkün olur”- deyən millət vəkili çıxışını “Fürsətdən istifadə edib, ölkəmizin ictimai sektoru adından belə bir demokratik qanunu imzaladığına və onun uğurlu icrasına zəmanət verdiyinə görə Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm”- sözləri ilə çıxışını yekunlaşdırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
568

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
412

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
355
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 01:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru