Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Fevral

2014
12:34
Səyyar ASAN xidmət bu gündən fəaliyyətə başlayır

3 fevral 2014-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlayır.

Səyyar xidmətlər dedikdə şəxs qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla onun iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Əhatə dairəsi:

Pilot layihə çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu.

Səyyar ASAN xidmət çərçivəsində göstərilən xidmətlər aşağıdakılardır:

1. Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

2. Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

3. Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

4. Məhkumluq barədə arayışların verilməsi;

5. Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

6. Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı;

7. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.

İş rejimi:

Bazar ertəsi-şənbə günü saat 10:00-19:00-dək.

Xidmətin sifarişi:

Xidmətin sifarişi 108 nömrəli “Çağrı” mərkəzi vasitəsi ilə həyata keçirilir.

Səyyar xidmət haqqı:

* İkitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması) - 90 AZN xidmət haqqı;

* Birtərəfli xidmət (hazır sənədin çatdırılması) - 50 AZN xidmət haqqı;

* Nigahın qeydə alınması və təntənəli nigahın kəsilməsi - 150 AZN xidmət haqqı;

* Təntənəli nigahın kəsilməsi - 100 AZN xidmət haqqı.

Qeyd: Yuxarıda qeyd edilən sifarişin xidmət haqqına dövlət rüsumları, cərimələr və normativ hüquqi aktlarla müəyyən edilən xidmət haqqları daxil deyil.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Əlavə məlumat üçün 108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
188

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
209

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
191

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
245

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
196

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
505
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 19:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru