Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2011
13:23
`NETANYAHUNU PULLA ALQIŞLADILAR`
ABŞ-ın məşhur qəzetlərindən olan "The New York Times"ın köşə yazarı Tomas L.Friedman bugünkü künc yazısında belə bir iddia səsləndirib

FaktXeber.com-un verdiyi məlumata görə, Friedman, İsrailin baş naziri Binyamin Netanyahunu Amerika Konqresində qarşılayan kütləvi alqışların İsrail Lobbisi tərəfindən satın alındığını iddia edib. İsrailin Baş naziri çıxış edərkən Nümayəndələr Palatası və Senat üzvləri tərəfindən 29 dəfə ayaqda alqışlanıbmış.

Özü də yəhudi əslli olan Friedman, mövcud İsrail rejimini sərt şəkildə tənqid etdiyi məqaləsində, "ümid edirəm ki, İsrailin baş naziri Binyamin Netanyahu, bu il Konqresdə ayaq üstə alqışlanmasını apardığı siyasətə görə olmadığını bilir. O alqış, İsrail lobbisi tərəfindən satın alındı və pulu da lobbi tərəfindən ödəndi", - deyə yazıb.

Netanyahunun Konqresdə deyil, əslində Wisconsin Universiteti kimi ictimai bir yerdə çıxış etməsinin lazım olduğuna işarə edən Friedman, belə bir vəziyyətdə əksəriyyət tələbənin çıxışı boykot edəcəyini, yəhudi tələbələrin də ortalıqda görünməyəcəyini bildirib.

Əziz Sahiboğlu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4545

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3120

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2481

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2060
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 10:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru