Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2014
11:43
Azərbaycan İslam Partiyası Fikrət Məmmədova və Elmira Süleymanovaya müraciət ünvanlayıb

Azərbaycan İslam Partiyası və İslamçıların Hüquqlarının Müdafiə Komitəsi Respublika  ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb. Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə göndərilən məlumatda Respublika Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində baş verən hadisələrdən narahatlıq ifadə olunur. 

Məlumatda qurumun tabeçiliyində olan Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan Hüseynov Seynur  Şaban oğlunun namaz və ibadətlə məşğul olduğuna görə cəzalandırılması və ona qarşı “kars” xüsusi cəza tədbirinin tətbiq edilməsinin inanclı insanlarda və istər İslam Partiyası, istərsə də İslamçıların Hüquqlarının Müdafiə Komitəsində ciddi narahatlıqlar yaratdığı vurğulanır.

Nazirdən inanclı insanların ibadətinə 14 saylı müəssisədə şərait yaradılmasına kömək istənilir. 

Bundan əlavə, Azərbaycan İslam Partiyası və İslamçıların Hüquqlarının Müdafiə Komitəsi Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya da müraciət edib. Müraciətdə deyilir:

"Hörmətli Elmira xanım!

Ədliyyə orqanlarında, xüsusən penitensiar xidmətin cəzaçəkmə müəssisələrində bəzi islahatların aparılmasında rolunuz danılmazdır və bunlar ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır. Məhbusların ictimaiyyət nümayəndələri, ailələri ilə yaxından təmas saxlamaq imkanlarının qanunla tənzimlənməsi onların düzgün islah olunmasına müsbət təsir göstərəcəyi şəksizdir. Məhbusların informasiya vasitələri ilə təmin olunmaları, ictimai həyatda baş verənlərlə məlumatlanmaları, səhhətlərindəki problemlərin aradan qaldırılmasına diqqətin artırılması, onların xalq, Vətən təəssübkeşliyi hisslərini gücləndirir, gələcək davranış məsuliyyətlərini artırır.

Bu gün məhbus həyatı yaşayan insanların, Azərbaycan vətəndaşlarının düzgün formalaşmasında, vətəninə, xalqına bağlılığında, qanunlarımıza hörmətlə yanaşmasında dinimizin, inancımızın müstəsna rolu vardır, İslamda vətəni, xalqı, qanunları sevmək imandan hesab olunur. Və əslində də inanclı insanlar bütün saydığım amillərin fövqündə dini dəyərlərimizin dayandığını başa düşür, ibadət və Allaha itaəti bundan ötrü vacib bilirlər. Buna baxmayaraq hazırda hüquqlarını qorumağa çalışdığınız bəzi islah müəssisələrində neqativ hallar baş verməkdə davam edir. Belə ki, penitensiar xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan Hüseynov Seynur Şaban oğlu dindar qardaşlarımızdan olduğundan və həmişə namaz-ibadətlə məşğul olmasına baxmayaraq, bu səbəbdən, yəni namaz qıldığına görə ona qarşı “kars” xüsusi cəza tədbiri tətbiq olunmuşdur. Heç bir cəzaçəkmə müəssisəsində namaz-ibadətin məhbuslar üçün qadağan olmadığı halda, 14 saylı cəzaçəkmə müəssisəsində dinimizin dəyərlərinə neqativ münasibət bizi və bütün inanclı insanları ciddi narahat edir.

Ümidvarıq ki, humanistlik göstərib və səhhətindəki problemləri nəzərə alıb Hüseynov Seynur Şaban oğlunun üzərindən tətbiq olunan cəzanın götürülməsinə səy göstərəcək, narahatlığımızı aradan qaldıracaqsınız.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47487

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45655

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47271

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46865

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52396

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46537

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46941
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2020 07:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru