Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2014
11:50
Oğuzda dağdan yıxılaraq öldüyü bildirilən ovçunun bədənində güllə yaraları aşkarlanıb

Oğuz rayonunda dağdan yıxılaraq ölən ovçunun bədənində güllə yaraları aşkarlanıb. Bu barədə Oğuz Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazisində dağda ov zamanı yıxılaraq öldüyü bildirilən rayonun Xaçmazqışlaq kənd sakini, 1981-ci il təvəllüdlü Seyidəliyev Məmmədbağır Aydın oğlunun meyitini üzərində tibbi ekspertiza aparılıb. Ekspertiza zamanı onun sağ qolunda iki və gözünün altında bir güllə yarası aşkar edilib.

Polis və prokurorluq əməkdaşlarının apardıqları  araşdırmalar zamanı məlum olub ki, yanvarın 26-sı səhər saatlarında mərhum Məmmədbağır Seyidəliyev, Oğuz şəhər sakini, 1964-cü il təvəllüdlü Həsrətov Xalis Həsrət oğlu, Oğuz rayonu Xaçmaz kənd sakini, 1968-ci il təvəllüdlü  Salehov Arif Qara oğlu və rayonun Dəymədağlı kənd sakini, 1971-ci il təvəllüdlü Lətifov Maarif Əhməd oğlu rayonun Xaçmaz kənd inzibati ərazisində dağa ova gediblər. Ov zamanı Xalis Həsrətovun əlindəki 12 çaplı tüfəngdən açılan güllə Məmmədbağır Seyidəliyevə dəyib. Məmmədbağır Seyidəliyev aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.

Qeyd edək ki, ilkin olaraq M. Seyidəliyevin yıxılaraq öldüyü bildirilirdi.

***
Azərbaycanın Oğuz rayonunda ovçu ölüb. Oğuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, bu gün rayonun Xaçmazqışlaq kənd sakini, 33 yaşlı Məmmədbağır Aydın oğlu Seyidəliyev ov etmək məqsədi ilə dağa qalxıb. Qarlı hava şəraiti olduğundan yüksəklikdən sürüşərək yıxılan M. Seyidəliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

M. Seyidəliyevin meyiti tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Oğuz Rayon prokurorluğu tərəfindən araşdırma aparılır./APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4508

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3613

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5336

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5374

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6596

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5091
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 17:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru