Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2014
20:54
Natiq Cəfərli: ”Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanmış hissəsinin həcmini qaldırsa da, əhali arasında ciddi əndişə var“

“Vətəndaşlarda banklara qarşı etibarsızlıq əslində ötən illərdə daha çox idi. Son 2-3 ilə qədər banklara qoyulan əmanətlərin dinamikasında artım müşahidə edilirdi. Lakin sonradan bir neçə bankda problemlərin yarandığı ortalığa çıxdı. Əhaliyə normal bilgilər verilmədiyinə görə də bu məsələ şayiə şəklində geniş yayıldı.”  

 

Bu sözləri FaktXeber.com-a iqtisadçı-ekspert Natiq Cəfərli vətəndaşların əmanətlərini banklara etibar etməməsi səbəbləri ilə bağlı açıqlama verərkən qeyd edib. Müsahibin sözlərinə görə, şayiələr yayıldıqdan sonra insanlar əmanətləri barədə əndişə duymağa başladılar: “Bu əndişələr son illərdə banklara qoyulan əmanətlərin qarşısını aldı. Hətta Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanmış hissəsinin həcmini qaldırsa da, əhali arasında ciddi əndişə var. Ona görə də insanlar banklara əmanətləri qoymaqdansa daşınmaz əmlaka, qızıla və digər yatırım yerlərinə yönəlirlər. Əslində sosial şəbəkələr, reklamlar və televiziyalar vasitəsi ilə insanlarla normal iş aparılarsa, problemləri öz həllini tapar. Lakin nə qədər ki, banklara qarşı ümidsizlik var insanların banklara qarşı etibarsızlığı davam edəcək.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
250

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
247

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
492
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 00:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru