Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2014
11:38
Bakıda Kliniki Tibbi Mərkəzə gətirilən xəstəni qəbul etmədilər

Bu gün səhər saatlarında Kliniki Tibbi Mərkəzə (keçmiş “Semaşko” xəstəxanası) 1984-cü il təvəllüdlü Şəfiqə Əlabbas qızı İmamverdiyeva adlı ağır vəziyyətdə xəstə gətirilib. Xəstənin həyat yoldaşının verdiyi məlumata görə xəstəxana həmin qadını qəbul etmir.

“Mənə deyirlər ki, siz Nizami rayonunda qeydiyyatdasınız. Sabunçu xəstəxanasına gedə bilərsiniz. Həyat yoldaşım hamilədir. “Güvən” özəl xəstəxanasında yanvarın 13-də götürülən analizdə heç bir xəstəlik əlamətləri aşkar olunmayıb. Amma ayın 16-da verilən analizdə “Hepatit C”nin əlamətləri aşkar olunub. Buradan bizə söz veriblər ki, xəstəni gətirin qəbul edək. İndi isə xəstəni qəbul etmirlər. Xəstənin həyatı risk altındadır. Gecə xəstəni böyük risk altında evdə saxlamışam. Hazırda xəstə maşında ağır vəziyyətdədir, hamilələiyin 7-ci ayındadır. O xəstəxanada təcili müayinə olunmalıdır. Əgər xəstədə həqiqətən də “Hepatet C”nin əlamətləri aşkar olunarsa, təcili əməliyyat olunmalıdır”.

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahovla əlaqə saxlayıb. “Bizim xəstəxanada bir dənə də olsun boş yer yoxdu. Xəstəni başqa xəstəxanaya aparsınlar. Bizim heç cürə xəstəyə kömək etməyə imkanımız yoxdu. Neyləməliyəm, xəstəni evimə aparmalıyam?! Bizə xəstə gətirməyin”-deyə baş həkimin müavini qəzəbli açıqlama verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47982

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46057

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47710

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47321

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52858

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46903

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47335
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 13:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru