Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2014
13:40
Natiq Cəfərli İran və Qərb dövlətlərinin arasındakı diplomatiyadan yazdı

İran diplomatiyasının köklü tarixi var, dünyada ən güclü diplomatiya məktəblərindən biridir. Son günlər, əsasən də, Ruhaninin seçilməsindən sonrakı proseslər bunu bir daha sübut edir. Maraqlı proseslər gedir, Obama İrana qarşı yeni sanksiyaların əleyhinədir, Tehranın dondurulmuş pul vəsaitlərinin bir qismi açılır, marta qədər yeni anlaşma imzalanması gündəmdədir. Bu ərəfədə Qərbdə bəzi qüvvələr (əsasən İsrail və onları dəstəkləyənlər) razılaşmadan narahatdırlar, İrana güzəşt etmək istəmirlər, inanmırlar, və bu pauzadan İranın istifadə edərək nüvə silahını əldə edəcəyindən narahatdırlar.

AB ölkələri İranla anlaşmanın tərəfdarıdırlar, çünki, embarqonun qalxması İran neftinin və qazının bazara çıxması deməkdir. İran AB dövlətlərinə Türkiyə üzərindən ildə 40-50 mlrd. kub metr qaz satmağa, dünya bazarına isə əlavə gündə 3 mln barel neft çıxartmağa hazırdır.

Rusiya bu vəziyyətdən narahatdır, İrana gündə 500 min barel neft almaq üçün təklif verib, İranda dərhal buna müsbət cavab verib, danışıqlara başlayıb. Rusiya istəyir ki, İran neftini alıb-sataraq, bazarda artıq neft olmasının və qiymətlərin düşməsinin qarşısını alsın, çox primitiv şəkildə hərəkət edir. İran isə buna həmən cavab verərək, Qəbri tələsməyə sövq edir. Sonunda, İran neft və qazı yenə Qərbə satacaq, sadəcə, Rusiyadan istifadə edərək, prosesləri sürətləndirir. Əla diplomatik gedişdir.

Rusiyada dünən Putinin yanında iclas olub, onlar 2014 büdcəsinə neftin qiymətini 101 dollar qoyublar (bizdə 100 dollardır), bütün nazirliklər, “beyin mərkəzləri” Putinə xəbərdarlıq ediblər ki, neft 2014-də 80 dollara düşə bilər, əsas amillərdən biri də, İran neftidir. Ona görə də, Kreml İrana bu təklifi verib, İranda danışıqları imitasiya edərək, Qərbi tez qərar verməyə sövq edəcək.

Deyə bilərsiniz ki, bunun bizə nə dəxili var? Yazıram: 1) İranla gedən proseslər hamıya dərs oldu ki, nefti, qazı olan ölkələrdə hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq enerji daşıyıcılarını məhz Qərbə satmaq istəyirlər. Yəni, Qərbin bizim hakimiyyətlə anlaşmalarının səbəbi neft-qaz deyil, alternativin hələ ortalığa çıxmamağıdır, onlar da əla bilirlər ki, burada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, neft-qaz Qərbə satılacaq, 2) İranın Avropaya 40-50 mlrd qaz satmağa başlaması, Azərbaycan hakimiyyətinin, “biz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırıq”, ritorikasını bitirəcək, 3) İran neftinin bazara çıxması qiymətləri, azı 20% endirəcək, büdcəsi, ÜDM-i, bütün iqtisadiyyatı, xarici ticarəti neftdən xəstəlik dərəcəsində asılı olan ölkədə ciddi problemlər başlayacaq, 4) Qərb-İran anlaşması, hakimiyyətin Avropanı enerji məsələsində şantajına son qoyacaq.

Natiq Cəfərli

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
250

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
245

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
486
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 00:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru