Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2014
16:00
Jurnalistlə sosioloqun erkən nikah dartışması

Facebook sosial şəbəkəsində bir mübahisə diqqətimi çəkdi. Jurnalist Aynur İmranovanın paylaşdığı şəkil və altında, “dəhşətdir bu mənzərə, bu İslamdırsa, mən müsəlman olmaq istəmirəm” tipli status yazması geniş müzakirə yaradıb. Müzakirənin böyük bir hissəsi boş söz-söhbətlərdən ibarət olsa da, əsas diqqət çəkən sosioloq Cavid İmamoğlunun demək olar ki, mübahisənin bitməsinə səbəb olan fikirləridir. 

Mübahisə ondan başlayıb ki, Aynur İmranovanın paylaşdığı şəkildə göstərilən mənzərə Fələstində azyaşlılarla cavan oğlanların evlənməsinə işarə vurulur və bunun heç bir əndazəyə sıxmadığı qeyd olunur. Mübahisəyə qoşulanların əksəriyyəti bu hadisəni pisləyərək, İslamın pedofilliyə icazə verdiyini sübut etməyə çalışırlar. Amma gəlin görək sosioloq Cavid İmamoğlu məsələyə necə aydınlıq gətirdi:

Aynur İmranova: İslam bu gün lazımsız adamların, pedofillərin əlində alətə çevrilib. Necə ki, xristianlıq geylərin, eşcinsəllərin. Buna görə də dinə yeni baxış gətirmək, islahatlar aparmaq lazımdır. Bəzi məsələlərdə, məsələn erkən nikah kimi dövlətin qanunları üstün tutularaq, İslam ölkələrində bu dünyada qəbul olunmuş qaydalar üzrə müəyyənləşərək tətbiq olunmalıdır. Çünki bu gün İslamı sevməyənlərin gətirdikləri ən əsas arqumentlər məhz bu boşluqlardan və belə şəxsi zövqünü düşünüb, bütün müsəlmanları tənə altında buraxan adamların hərəkətlərindən qaynaqlanır. Arada zərbə də uşaqlara və qadınlara dəyir.

Cavid İmamoğlu: Aynur xanım, bu, toy mərasimindəndir. Bir neçə il öncə İsrail Qəzzaya hücum etdi, minlərlə uşaq və günahsız insan qətlə yetirildi, yadınızdadır? Həmin müharibədə İsrail məğlub durumda qaldı və Həmas hərəkatının silahlıları ilə bacarmadi. Bu qələbədən sonra Həmas hökuməti müharibədən zərər çəkmiş və evlənmək ərəfəsində olan gənclərə hökumət hesabına toy mərasimi təşkil etdi. Həmin toy mərasimində gəlinləri balaca oğlan uşaqları, bəyləri isə balaca qız uşaqları mərasimə gətirirdilər. Bu həmin mərasimdən çəkilən fotodur və dünya mediasi bunu Həmasın qələbəsinin rəmzi olaraq vermişdir.

Aynur İmranova: Cavid, əzizim, mən araşdırmışam, neçə video var bununla bağlı, sən də araşdır. Mənim İslamla da, müsəlmanlarla da düşmənçiliyim yoxdur. Təklifim başqadır. Amma şərhləri oxumadığınız üçün eyni şeyləri mənə təkrar yazdırırsız.

Cavid İmamoğlu: Aynur xanım, bu sadəcə bir mərasimdə simvolik "gəlin"lərdir. Təklifiniz islahatdırsa, o islahat bizim ölkədə aparılıb. QMİ və dövlət idarələri arasında qeyri-rəsmi anlaşmaya görə, 18 yaşı tamam olmamış qızların kəbini kəsilmir və kəbin kəsərkən dövlət qeydiyyatının sənədi (“ZAQS” kağızı) tələb olunur. Düzdür, bəzi mollalar pul müqabilində bu işi görürlər, ancaq bunu artıq İslamın günahı deyil. Fərdlərin azğınlığı və qanunlara nəzarət mexanizminin olmamasıdır əsas faktor.

Azyaşlı qızlara kəbin kəsilməsinə münasibət bildirən M.Seyidzadə deyib ki, QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə tapşırıb ilə rəsmi nikahı olmayanlara heç bir axundun səlahiyyəti yoxdur ki, o kəbin kəssin. 

”Axund rəsmi dövlət nikahına dair sənədi əlinə alandan sonra kəbin kəsə bilər. Biz hətta kəbin kağızında “ZAQS” sənədinin nömrəsi üçün yer də qoymuşuq. Axund həmin sənədin nömrəsini kəbin kağızına köçürməlidir. Hansı tarixdə kəbin kəsilib, o da yazılmalıdır. Belə bir tapşırıqdan sonra qeyri-qanuni kəbin kəsilərsə, axund məsuliyyətə cəlb olunacaq. Biz bu haqda dəfələrlə demişik, göstərişlər verilib. Yenə də bu yaxınlarda bu haqda söhbətlər oldu. Bundan sonra hətta qeydiyyat kitabçası QMİ-də tərtib olunub, kəbin kəsilən adamların - qızın, oğlanın familiyası orada yazılacaq, hansı qeydiyyat nömrəsi ilə “ZAQS” olub, o da yazılacaq. Biz çalışırıq ki, bölgələrdə və hər hansı yerlərdə qeyri-qanuni kəbin kəsilməsin”. 

QMİ-nin şöbə müdiri onu da bildirib ki, hər bir valideyn dövlətin qanununu tanımalı, qızını 18 yaşından tez ərə verməkdən çəkinməlidir.

Əgər kimsə qızı qaçırıbsa, hətta razılıqla bunu ediblərsə, yenə də məsuliyyəti onların özləri daşıyırlar. Burada da yenə tapşırmışıq ki, əgər dövlət nikahı ortada yoxdursa, heç bir molla onlara kəbin kəsməyəcək. Haradasa gizli kəbin olarsa, ona biz məsuliyyət daşımırıq. Ona görə də bu tapşırıqlar verilib.

Əzizlər, biz çox gözəl insanlarıq. Hər birimizin içində həqiqət axtarışı və vicdan hissi var. Biz heç bir müsəlmanı və ya dini, heç bir əqidəni və məzhəbi kor-koranə tənqid edə bilmərik. Bu gözəl "gül qız"lar ərəb adətlərində toyların bəzəyidir və gəlin-bəyləri müşahidə edirlər. Xahiş edirəm, qara piardan istifadə etməyək, bu bizim ədalət hissimizə ziyandır. Videoya baxın, zəhmət olmasa. 

Mən şəxsən öz adıma utanıram ki, zehnimi belə yalan propoqandanın cavabını vermək kimi işlərlə məşğul edim, halbuki, ən azı 30 dəqiqə dəyərli vaxtımı aldı. Sadə məntiq belə bu gül balaların simvolik toy rəmzləri olduğunu göstərir. Bunu nə üçün bu qədər nifrət və qəzəb ilə paylaşırıq ki? Bu da həmin toy mərasiminin tam versiyası. Sona qədər baxın və gəlinlərin neçə yaşda olmasına özünüz qərar verin. 

Aynur İmranova: Cavid İmamoğlu bu faktlardan yüzlərlədir ki, müsəlmanlar peyğəmbərlərin örnək aldıqlarını iddia edərək azyaşlılarla evlənirlər. Bu bir. İkincisi, mən səhifəmdə nə paylaşıramsa, kimdənsə icazə almalı deyiləm. Xoşun gəlmir, baxma, dostluqdan sil, amma mənə minnət qoyma ki, kiminsə vaxtın alıram. Bütün dünyanın bildiyi faktı mənə əks arqument gətirmək, gözə kül üfürməkdir.

Cavid İmamoğlu: Gözəl xanım, sizlə bizim tanışlığımız veriliş zamanı olub və mən sizdə, içinizdə olan həqiqət eşqini görmüşəm və bilirəm ki, məqsədiniz cahilliklə mübarizədir. Təqdir edirəm. Sadəcə mən istərdim ki, qız uşaqların evliliyə verilməsini təkcə müsəlman dünyası ilə bağlamayaq və tədqiqat xarakterli olmayan informasiyaların yayılmasının qarşısını alaq. Siz bilirsiz ki, inkişaf etmiş Qərb ölkələrində hər gün 20,000 18 yaşından aşağı uşaq dünyaya uşaq gətirir?! BMT-nin THE STATE OF WORLD POPULATION 2013 hesabatinda belə yazılır: “In developed countries, there are 680,000 births to adolescent mothers annually. Nearly half of these occur in the United States.” Onlardamı müsəlmandır? Aynur xanım, mənim dəyərli və əzmkar bacım, mən istəyirəm ki, belə həssas mövzularda qeydlər edəndə ən azı tədqiqatlar aparmış mütəxəssislərin yanaşmaları paylaşılsın, çünki tədqiqatlar göstərir ki, erkən nikah din və dövlət tanımır.

Aynur İmranova: Bəli, dövlət tanımır, amma din tanıyır axı. Azərbaycanda olmasa da Pakistanda, Əfqanıstanda və ərəb dünyasının bir sıra ölkələrində azyaşlı qızlarla nikah caizdir. Bunu sizdə bilirsiz, amma o qədər sevirsiz ki, İslamı qəbul eləmək istəmirsiz. Qərb deyirsiz, guya mən Qərbi bu sahədə təqdir edirəm? Çox təəssüflə qeyd etməliyəm ki, xristianlıq sürətlə geylərin, İslam pedofillərin dininə çevrilir. Və hər ikisinin də kökündə tarix dayanır. Bunu dayandırmaq lazımdır. Anlayıram ki, bu mənim bir statusumla dayanan deyil, amma istəyirəm insanlar düşünsün, nəyə yox deyəcəklərini bilsinlər. Azərbaycanda bu sahədə vəziyyət bu gün çox pisdir. Xüsusən cənub bölgəsində. Bəlkə 9 yaşında vermirlər qızları, amma 12-13-14 yaşından ərə verilir qızlar. Mən bunun statistikasın aparmışdım, deyəsən səninlə də bölüşmüşdüm. Görürəm olanları və dözə bilmirəm. 

Cavid İmamoğlu: Əzizim Aynur xanım, dövlət də tanıyır. AB-ın bəzi ştatlarında 14-15 yaşlı qızların sanksiya ilə evlənməyinə icazə verilir. Azərbaycanda 2011-ci ilə qədər 16 yaşlı qızların evlənməyini dövlət tanıyırdı. Və sizə Afrikadakı acınacaqlı statistikaları xatırlatmıram. Sadəcə, hər bir sosial hallar ilə bağlı deyilən fikrin altında dəqiq tədqiqat durmalıdır. Azərbaycanda erkən nikah araşdırmaları göstərir ki, erkən nikahın baş verməsinin ən əsas səbəbləri adət-ənənələr və insanların rifah durumudur. İslam dini birmənalı şəkildə uşaq nikahına qarşıdır və İslam alimlərinin (Cəfəri məzhəbi) tövsiyələri də budur ki, Azərbaycanda əgər qadın dövlətin mühafizəsindən kənarda qalacaqsa, 18 yaşından aşağı ailə həyatı qurmağa cəhd etməsin. Belə ki, İslam alimləri bu məsələdə dövlətin qoyduğu “ZAQS” tələbini əsas şərt olaraq qəbul edirlər. İslam elə bir hüquq sistemi qoyub ki, bu hüquq qarışqanın belə haqqını tanıyır, o ki qalsın insanların haqqını tanımasın. Azərbaycanda baş verən uşaq nikahlarının arxasında İslam dini dayanmır, cəmiyyətdə mövcud olan stereotiplər dayanır.

Aynur İmranova: Nə isə Cavid, İslamda erkən nikah zad yox imiş, mən yanılmışam. 

Cavid İmamoğlu: Mən də çox zaman yanılıram, ancaq erkən nikah ayrı anlayışdır, uşaq nikahı ayrı. Mənim 28 yaşım var, mən özümü hələ də erkən yaşlı hesab edirəm. Ancaq dövlətin müəyyənləşdirdiyi Uşaq Hüquqları Haqqında Qanunla tənzimlədiyi uşaq yaşı 0-18 dir. İslam hüquq sistemi heç bir yerdə qeyd etməyib ki, 0-18 yaş arası şəxs ailə qurmalıdır. Hələ-hələ Azərbaycan reallığında bu heç mümkün deyil və hər bir elmli müsəlman və azərbaycanlı anlayır ki, 18 yaşından aşağı qız uşağını ərə verməyə cəhd etməsi onun təhsildən kənarlaşması deməkdir. Halbuki, həmin İslam dinidir ki, deyir "elm Çində də olsa, onun dalıyca gedin", "Elmi kafirin əlindən öyrənməli olsanız da, öyrənin", "Beşik evindən qəbir evinə qədər öyrənin", "Elm hər bir zülmün açarıdır" və s. Siz yanılmamısız. Siz sadəcə gördüyünüzü deyirsiz. İslam adı altında min hoqqadan çıxanlardan danışırsız. Mən də liberalizm və demokratiyadan danışan hoqqabaz çox görmüşəm.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67833

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65252

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67146

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66425

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71995

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66234

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-03-2021 15:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru