Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2014
09:41
Əlisa Cabbarov: “Dəvənin harası düzdür ki, beli də düz olsun. Məgər Xocalı, Qarabağ problemi ilə bağlı nə edildi ki, “20 Yanvar”la bağlı da hansısa gözləntilərimiz olsun”

Natiq Axund: “20 Yanvar faciəsinin adı çəkilən kimi Azərbaycan yada düşür. Bu baxımdan keyfiyyətli və səviyyəli bir film çəkilməlidir”

Əlisa Cabbarov: “Hal-hazırda kinorejissor Yavər Rzayevin 20 Yanvar hadisəsi ilə bağlı çox gözəl ssenarisi var. Düzdür ki, bu hadisələrdə həqiqətləri tam şəkildə açmaq mümkün olmayacaq. Çünki hadisənin baş verməsində iştirak edən siyasi qüvvələr imkan verməz ki, olayların pərdə arxası açılsın. Lakin insan faciəsi olaraq problemləri qaldırmaq mümkündür ”

Bu il Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 20 Yanvar hadisəsinin 24 ili tamam olacaq. Lakin bu illər ərzində xalqımıza qarşı baş vermiş faciəni dünya ictimaiyyətinə lazımı formada çatdıra bilmədik. Yalnız hər il 20 yanvar günü xalq olaraq Şəhidlər Xiyabanını ziyarət etməklə şəhidlər qarşısında öz missiyamızın başa çatdığını düşünürük. Halbuki bununla bağlı indiyə qədər kifayət qədər ciddi işlər görmək mümkün idi. Bunlardan biri 20 Yanvar hadisəsi ilə bağlı yüksək səviyyəli film lentə alıb dünya ictimaiyyətinə təqdim etmək ola bilərdi. Hazırda dünyada kifayət qədər işğalçı ölkələr vardır ki, yüksək filmlər vasitəsilə olmayan hadisələri həqiqət kimi dünyaya sırıyıblar. 

Bəs biz nəyə görə tarixən faciələrlə üzləşdiyimiz halda, öz qanlı səhifələrimizi filmlər vasitəsilə səhnələşdirərək dünya ictimaiyyətinə təqdim edə bilmirik? Mövzu ilə bağlı FaktXeber.com olaraq "Qaçan atlar production"in təsisçisi, rejissor və ssenarist Natiq Axund və "Dərviş" prodüser mərkəzinin rəhbəri Əlisa Cabbarova müraciət etdik. 

Belə bir filmin lentə alınması ilə bağlı ilk öncə dövlətin təşəbbüslə çıxış etməsinin zəruriliyini bildirən Natiq Axundlu, 20 Yanvar faciəsi ilə bağlı filmi lentə almaqda maraqlı olduqlarını söylədi: “Belə layihələrdə az büdcə ilə iş görmək o qədər də qənaətbəxş deyil. Normal iş ortalığa çıxarmaq üçün lazımı büdcəyə ehtiyac var. Çünki 20 Yanvar faciəsinin adı çəkilən kimi Azərbaycan yada düşür. Bu baxımdan keyfiyyətli və səviyyəli bir film çəkilməlidir. ”

Az bir büdcə ilə belə mövzulara müraciət etməyin məsləhət olmadığını söyləyən Natiq bəy, “təbii ki, bu günə qədər qısa metrajlı bəzi filmlər lentə alınıb. Lakin yüksək səviyyəli bədii film lentə almaq üçün böyük büdcəyə ehtiyac var”, - deyə bildirdi: “Hal-hazırda Azərbaycan telekanallarının çəkdiyi serialların bir hissəsi 10 min manata başa gəlir. Bu baxımdan 20 Yanvar faciəsi ilə bağlı yüksək səviyyəli film lentə almaq üçün ən azı 100 min manat maliyyə lazımdır.”   

Dərviş" prodüser mərkəzinin rəhbəri Əlisa Cabbarov isə bildirdi ki, 24 il ərzində “20 Yanvar”  faciəsi ilə bağlı kifayət qədər dünyaya səs salacaq filmlər lentə almaq mümkün idi. “Dəvənin harası düzdür ki, beli də düz olsun. Məgər Xocalı, Qarabağ problemi ilə bağlı nə edildi ki, 20 Yanvarla bağlı da hansısa gözləntilərimiz olsun. Digər tərəfdən “20 Yanvar” faciəsi ilə bağlı film çəkmək Qarabağ problemindən fərqli olaraq asandır. Ona görə ki, burada sovet qoşunlarının təcavüzü var və 20 Yanvar təcavüzü Macarıstana, Vilnusa, Tiflisə təcavüzlə eyni sırada gedir. Bir növ dünyaya tanış olan problemdir və biz bunu dünyaya Qarabağdan asan çatdıra bilərik.”

24 il ərzində belə bir filmin lentə alınmamasının ona qəribə bir şey kimi gəlmədiyini bildirən Əlisa bəy, “nə vaxt Azərbaycan kinosu xalqın maraqlarına cavab verib ki, 20 Yanvarla bağlı da nəyisə olsun. Bir sözlə burada hər hansı qəribə bir şey yoxdur”, - deyə bildirdi: 

“Hal-hazırda kinorejissor Yavər Rzayevin 20 Yanvar hadisəsi ilə bağlı çox gözəl ssenarisi var. Düzdür ki, bu hadisələrdə həqiqətləri tam şəkildə açmaq mümkün olmayacaq. Çünki hadisənin baş verməsində iştirak edən siyasi qüvvələr imkan verməz ki, olayların pərdə arxası açılsın. Lakin insan faciəsi olaraq problemləri qaldırmaq mümkündür ”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
125

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
231

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
155

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
172

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
132

Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

21

Noyabr
10:45
HÜQUQ,HADİSƏ
215

Bakıda yağışa görə sürət həddi endirildi

21

Noyabr
10:37
NƏQLİYYAT
135

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
241
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 15:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru