Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2014
16:56
Hərbi sənədlər `ASAN xidmət` mərkəzlərindən də alına biləcək

Azərbaycan vətəndaşları hərbi mükəlləfiyyətlə bağlı arayışları və itirilmiş hərbi biletlərin əvəzinə yenisini "ASAN xidmət" mərkəzlərindən də ala biləcəklər. FaktXəbər-in verdiyi məlumata görə, bu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilib.

Azərbaycan vətəndaşları yaşayış yeri üzrə qeydiyyata alınarkən və qeydiyyatdan çıxarkən hərbi mükəlləfiyyətlə bağlı, yəni hərbi xidmətkeçmə haqqında arayışın verilməsi, eləcə də itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon şöbələri ilə yanaşı, "ASAN xidmət" mərkəzlərinə də müraciət edə biləcəklər.

Hazırda bununla bağlı işlər "ASAN xidmət"də Dövlət Xidməti ilə birgə test rejimində sınaqdan keçirilir. Sistemin sınağı uğurla başa çatarsa, xidmət yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
252

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
269

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
372
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 01:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru