Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2014
12:17
150 manatlıq maaşdan 300 manatlıq maaşa keçirilən dəmiryol bələdçiləri nədən narazıdır?
Nadir Əzməmmədov: “Bir daha deyirəm ki, heç kim kişi bələdçiləri işdən azad etməyib"

İki gün bundan öncə onlarla kişi dəmiryolçularının “Azərbaycan Dəmir Yolları” QSC və Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirməsi barədə məlumat vermişdik. Onlar MDB ölkələri istiqamətindəki xətlərdən işdən çıxarılmalarına etiraz edirlər. Qeyd edək ki, onları qadınlarla əvəz ediblər.

İlkin olaraq dəmiryolçuların etirazları “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müxtəlif formada izah olundu. İlk öncə işdən çıxarılan şəxslər bildirdilər ki, ADY-nin Mətbuat Xidmətinin rəhbəri onları təhqir edib. Belə ki, mətbuatda Nadir Əzməmmədovun adından məlumat yayılmışdı ki, onlara kişi bələdçilərin işdən çıxarılmasına dair Prezident Administrasiyasından göstəriş gəlib. Səbəb isə iki il bundan öncə Xarkov istiqamətində hərəkət edən qatarların bələdçilərindən birinin narkotik apararkən Rusiya polisi tərəfindən həbs olunmasıdır. Eyni halda kişi bələdçilərlə bağlı kifayət qədər şikayətlərin də olduğu əsas gətirilir. Lakin şikayətçi dəmiryolçular səsləndirilən fikirlərin hamısının absurd və əsassız olduğunu söyləyirlər. Yaranmış ziddiyyətli vəziyyət aydınlıq gətirmək üçün qurumun mətbuat katibi Nadir Əzməmədovla əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən idarə rəsmisi bildirdi ki, dəmiryolçuların bu tələbləri qeyri-qanunidir və heç bir əsası yoxdur. Kişi bələdçilərin işdən çıxarılmasına dair Prezident Administrasiyasından hər hansı göstərişin gəlməsinə dair səsləndirilən fikirlərin yalan olduğunu söyləyən Nadir Əzməmmədov, “dəmiryolçuların əlləri hər yerdən qırıldığına görə istəyirlər ki, kimisə şərləsinlər. Bu heç cürə alınan şey deyil. Mənim adımdan yayımlanan açıqlamalar tamamilə səhvdir. Dəmiryolçuları heç kəs işdən çıxarmayıb. Sadəcə olaraq bu kişi bələdçilərlə bağlı gələn şikayətlərlə əlaqədardır” , - deyə bildirdi:

“Xanım bələdçilərlə işlədikdən sonra isə heç bir şikayət gəlmir. Bizim idarənin son zamanlardakı əsas konsepsiyası kişi bələdçiləri qadın bələdçilərlə əvəz etməkdir. Burada əsas məqsəd korrupsiya və xoşagəlməz halların qarşısını almaqdır. 10 nəfər bələdçi bu və ya digər səbəblərdən cəzaçəkmə müəssisələrindədirlər. Həbs olunanların da əksəriyyəti qaçaqmalçılıqla məşğul idilər. Qadınlarla əvəz olunduqdan sonra bələdçilər arasında belə faktlar aşkarlanmayıb. Bir daha deyirəm ki, heç kim kişi bələdçiləri işdən azad etməyib, onlar yerli xətlərdəki marşrutlara yerləşdiriliblər ”.

Nadir Əzməmmədov onu da bildirdi ki, Bakı Xarkov istiqamətində işləyən kişi bələdçilər ayda bir reysə görə 150 manat maaş alırdı: “Onlar daxili reyslərə keçirildikdən sonra isə maaşları iki dəfə artaraq 300 manat olub. İndi maraqlı olan budur ki, bunlar nəyə etiraz edirlər?”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
284

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1412

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

22

Noyabr
10:33
ELM / TƏHSİL
261

9 ayın yekunu: 47 min nikah, 107 doğum

22

Noyabr
10:15
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 14:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru