Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2014
22:15
1157
`Palmali`dən Liviyada atəşə tutulan neft tankeri barədə açıqlama

“Palmali”nin vitse prezidenti İbrahim Nəbioğlu Liviyada hücuma məruz qalan gəminin şirkət donanmasının ən önəmli afromax
“Palmali” şirkətlər qrupuna məxsus “Bakı” tankeri Liviya sahillərində atəşə tutulub. Məlumatlara görə, Liviya limanından tankerə neft yüklənən zaman gəmiyə Liviya əsgərləri tərəfindən xəbərdarlıq edilib. Amma xəbərdarlığa məhəl qoyulmadığına görə hərbi gəmilər “Bakı” tankerinə atəş açıblar. Liviyanın Milli Neft Korporasiyasındanverilən məlumatda da hadisənin həqiqətən baş verdiyi və tankerin Azərbaycana məxsus olduğu bildirildi.

Məsələ ilə bağlı “Palmali” şirkətlər qrupu da açıqlama verib. Şirkətin vitse-prezidenti İbrahim Nəbioğlu ANS-ə məsələnin təfərrüatlarını danışıb:

“Bu “Palmali” donanmasının ən önəmli afromax tipli gəmilərindən biridir. Həqiqətən də bu hadisə Liviyanın quru sərhədləri yaxınlığında baş verib. Bu bizim gəmiyə qarşı pirat hadisəsidir. Yəni quldurlarının hücumudur. Bizim gəmiyə və onun ekipajına heç bir zərər dəyməyib”.

İbrahim Nəbioğlunun sözlərinə görə, bu onlara qarşı ilk belə hadisədir və bunun kökündə Liviyada mövcud olan siyasi proseslər dayanır. O, quldurların məqsədinin gəmini ələ keçirtmək olduğunu deyib. "Lakin bu baş tutmayıb. Hazırda “Bakı” tankeri Malta sularındadır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
300

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
184

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
268

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
201

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
215

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
195

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
216
Şərhlər
Fərahim Qurban tərəfindən 09-01-2014 16:58:24 tarixində yazıldı
"Palmali" gəmisinə atəşşlə basqın barədə
Məncə, ilk öncə,1)bu hadisənin həqiqi mahiyyətin Liviya hökumətindən öyrənilməlidir. 2) Bu silahlı basqının obyekti kimi "Palmalın" seçilməsi təsadüfimi olmuşdur? Və yaxud onun yerində olan istənilən gəmi də bu basqın məruz qala bilərdimi? 3) Gəmiyə Liviya əsgərlərinin xəbərdarlığı nə ilə əlaqədar olub? Onlar belə bir basqının ola biləcəyindənmi ekipajı xəbərdar ediblər və ya başqa səbəb bildiriblər (əgər gəmi ekipajını xəbərdar ediblərsə, deməli bnun ya sənədi olmalıdır, yada xəbərdarlığı qəbul edən məsul şəxsin izahatı. 4) Əgər bu təsadüfdürsə, rəhbərlik bir münasibət göstərməli. Yox təsadüfi deyilsə, "Palmalın" rəhbərli ciddi təhlükəsizlik tərbirləri nəzərdə tutmalıdır. Beynəlxalq qanunlara müvafiq olaraq şirkət donanmasının Təhlükəsizlik strukturunu yaratmalı və ona qarşı düşmən mövqeyində olanların niyyətlərini qabaqlamalıdır. P.S. 1) Mütləq araşdırmaq lazımdır: a) gəmiyə maddi zərəp, güllədən korpusun azca da olsa zədələnməsi halları baş verib, ya yox? b) basqınçılar daha ciddi zərər vura bilərdilərmi? 2) Mənim qətiyyən inanmağım gəlmir ki, basqınçılar Liviyaya aid qüvvələr olsun! Məncə, bu basqınçıların əsas qərargahı belə donanmaları olan hegemon dövlətlərin Mərkəzləri ilə əlaqədar olmalıdır. Bundan başqa heç kim bu günədək müasir dəniz quldurlarının ilhamvericilərinin kim olduğunu, mən dərindən açıqlamayıb. Amma bunu üsulu ço üzdə və asandər! Sadəcə, hansı gəmilərə basqın edilməsini müəyyənləşdirmək üçün, təkcə mətbuatı izləmək kifayətdir!!! Necəsini, mənə müraciət edən olsa, heç bir təmənna güdmədən açıqlaya bilərəm. Amma bu açıqlama, aydın məsələdir ki, beynəlxalq quldurların nəzarətinə düşməyə bərabərdir. Hərçənd, hər şey Allahın əlindədir! Gec-tez hamımız Ona qayıdacağıq, inşallah!
Fərahim Qurban tərəfindən 09-01-2014 17:13:21 tarixində yazıldı
Liviyanın quru sərhədi yaxınlığında basqın
İnternet qəzeti yazır: "“Bu “Palmali” donanmasının ən önəmli afromax tipli gəmilərindən biridir. Həqiqətən də bu hadisə Liviyanın quru sərhədləri yaxınlığında baş verib. Bu bizim gəmiyə qarşı pirat hadisəsidir. Yəni quldurlarının hücumudur. Bizim gəmiyə və onun ekipajına heç bir zərər dəyməyib”. "Liviyanın quru sərhədi yaxınlığı" deyəndə junalist nəyi nəzərdə tutub? Bu nə deməkdir? Yəni belə çıxır ki, basqınçılar Liviyadan deyil, həmin adı naməlum "quru sərhəddən" atəş açırlarmış? Bəs onda niyə gəmiyə zərər toxundurmayıblar (qəzetin yazdığına görə? Deməli bu, Palmalın "Bakı" adlı gəmisini fitnəkarcasın bu sahildən uzaqlaşdırmaq məqsədilə edilib!!! Yaxşı fikirləşin! Qardaşlar! Bu gün guya afrika ölkələrinin quldurlarının adı altında ABŞ, Avropanın, Rusiyanın və digər dövlətlərinin dəniz yollarında öz hikkələrini yerinə yetirməsini, şəxsən mən siyasi təzyiq vasitəsi sayıram. Müharibələrən gözləri döymayalar üçün üç-beş gəmini soymaq o qədər də əhəmiyyətli bir şikar deyil! Məqsəd daha dərindir. Əgər Palmala da sataşmağa başlayıblarsa, bu artıq başqa bir oyundur... Ardı davam edə bilər! Allah göstərməsin!
F.S. tərəfindən 09-01-2014 17:19:05 tarixində yazıldı
Palmal haqqında
Əvvəlki qeydlərimdə mən bir sıra mühüm məqamları nəzərdən qaçırdım. Qəzet yazır: "Liviya limanından tankerə neft yüklənən zaman gəmiyə Liviya əsgərləri tərəfindən xəbərdarlıq edilib. Amma xəbərdarlığa məhəl qoyulmadığına görə hərbi gəmilər “Bakı” tankerinə atəş açıblar". Belə çıxır ki, "Bakı"ya atəş açan Liviya hərbi gəmiləri olub?" Bu belədir mi? Belədirsə, hərbi gəmiləri niyə "quldur" adlandırırlar? Bunlar cavab tələb edən məqamlardır. Xəbəri necə gəldi yazmaqla işi bitmiş hesab etmək olmaz!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 06:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru