Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2013
11:21
MKİ Fətullah Gülənə niyə dəstək verir?
Özbəkistan, Qırğızıstan və Rusiyada Gülən məktəblərinin bağlanma səbəbləri

Müsəlmanlar ölkələrinin müstəmləkə kimi saxlanılması hələ indi də davam edir. ABŞ-da 500-dən artıq düşüncə mərkəzləri mövcuddur. Bu düşüncə mərkəzləri eləcə də Avropa və digər ölkələrdə də var. Sözügedən düşüncə mərkəzləri yəhudi-sionist lobbi və təşkilatların maliyyəsi ilə yaradılıblar. Onlar müəyyən institutların vasitəsi ilə dünyanın demək olar bütün ölkələrində yaratdıqları təşkilatlarından və habelə kəşfiyyat məlumatlarından yararlanaraq geniş araşdırmalar aparırlar. Hər bir ölkənin ictimai, siyasi, dini, mədəni və bu kimi digər xarakterləri öyrənilir. Zəif və güclü tərəfləri yoxlanılır. Bu araşdırmalar şəxslər barədə də həyata keçirilir. Təsir mexanizmləri müəyyənləşdikdən sonra həmin ölkə haqda planlar hazırlanır. Hər bir yeni dəyişiklik və fərqli məlumat əldə edildikdə planlar da ona uyğun düşünülür. Elə Türkiyədə baş verən hadisələr də bu qəbildəndir.

Gəlin diqqət edək. Türkiyədə baş verən həbslərdən bir neçə gün öncə ABŞ-da Federal Təhqiqatlar Bürosu Fətullah Gülənin maliyyəsi ilə fəaliyyət göstərən təhsil ocaqlarına basqın edir. Basqının detalları məlumat verilmir. Hadisədən bir neçə gün sonra isə Türkiyədə Rəcəb Tayyib Ərdoğana və onun hökumətinə qarşı plan işə düşür. Baş verənlərə Ərdoğan hökumətinin duruş gətirə biləcəyini indidən demək olmasa da, amma AKP hakimiyyətinin ölümcül zərbə aldığı göz qabağındadır.

Fətullah Gülən özü də ABŞ-da ona aid olan mərkəzlərə hücumla bağlı heç nə söyləmir. Amma Türkiyə hökumətinin artıq maliyyələşdirilməsindən imtina etdiyi kursların bağlamasına Gülənin cavabı bir dövləti sarsıdacaq qədər kəskin oldu.

Bütün baş verənlərin arxasında bir də AKP hakimiyyətinin Suriya mövqeyi var. Bəzi hallarda ABŞ-ın təyin etdiyi çərçivədən kənara çıxmaya görə ABŞ Ərdoğana çatdırmaq istədi ki, əgər mən dediyim kimi hərəkət etməsən səni öz içindəkilərinlə məhv edərəm.

ABŞ-ın Fətullah Gülənin bu ölkədəki təhsil mərkəzlərinə basqını isə razılaşdırılmış və qabaqcadan hazırlanmış planın tərkib hissəsi kimi görünməlidir. Yəni Amerika hökuməti bu yolla ikibaşlı fikir formalaşdırmağa çalışıb. Birinci göstərmək istəyir ki, güya Fətullah Gülən bizim adam deyil, bizim adam olsaydı, ona aid mərkəzlərə hücum çəkməzdik. Digər tərəfdən isə Ərdoğanın alternativ cavabından ehtiyatlanan ABŞ Türkiyədə baş verənlərdən öncə Gülənin təhsil ocaqlarına hücum çəkərək çatdırmaq istəyir ki, biz də Ərdoğan kimi Gülənin dərshanalərinə qarşıyıq.

Amerikanın neft siyasətindən bəhs edən "A Century of War" (Müharibə Əsri) kitabının yazarı Frederick William Engdahl bu yaxınlarda maraqlı bir məqalə ilə çıxış edib. Məqalədə maraqlı fikirlər yer alıb. Son günlər baş verən Gülən-Ərdoğan qarşıdurmasındakı açıqlamalar da bu məqalədə bəhs edilən mövzuları bir qədər gücləndirir.

Yazı Fətullah Gülən və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusu Graham Fuller arasındakı əlaqədən bəhs edir. Məqalənin xülasəsinə keçməzdən əvvəl Graham Fuller kimliyinə baxaq. Graham Fuller keçmiş MKİ rəhbərinin köməkçisi, "Rand Cooperation"nun baş məsləhətçisi, fəaliyyət sahəsi İslam dini və Rusiya ilə Orta Şərq bölgəsidir. Fuller əslən yəhudidir.

İndi isə Fullerin Gülən haqqındakı fikirlərinə nəzər yetirək: "İslami hərəkatlarla əlaqədar araşdırma aparmış biri kimi, Gülən hərəkatının mövcud İslamiyyətin siyasi və ictimai formasının təkamülləşməsini təmin edə biləcək ən ümidverici hərəkatlardan biri olduğunu düşünürəm."
 
Fuller Güləni İslamı dəyişdirəcək adam kimi görür

Məqalədə bildirilir ki, Gülənə ABŞ-da yaşamaq icazəsini almaqda Fuller yardım edib. 1997-ci ildən sonra Orta Asiyada ABŞ-ın yenidən təmərküzləşməsində Gülən məktəblərinin böyük rolu olub. Bildirilir ki, 130 MKİ casusu Özbəkistan və Qırğızıstana məhz Gülənin məktəblərində müəllim kimi işləyərək daxil olublar və fəaliyyət göstəriblər. Sonradan bu fakt ortaya çıxdığı üçün həmin məktəblər bağlanıb. Rusiya prezidenti Vladimir Putinin Rusiyada fəaliyyət göstərən Gülən məktəblərini bağlamasının kökündə də bu səbəb durur.

Bundan əlavə məqalədi vurğulanır ki, dünyada ABŞ-ın nəzarəti altında olan və İslam adı ilə fəaliyyət göstərən hərəkatların, başda "Əl-Qaidə" olmaq hamısının rəhbərliyi Gülən hərəkatı vasitəsiylə idarə olunur. Təkcə bir məqama diqqət etmək kifayətdir ki, 2013-cü ilin əvvəllərində ABŞ-ın Boston şəhərində törədilən terror aktında iştirak edən iki çeçen qardaşın əmisi də Füllerin bacısı qızı ilə evli imiş.
Deyilənlərə əlavə şərh verməyə ehtiyac yoxdur, onsuz da görünən kəndə bələdçi lazım deyil.

Amerikalı müəllim, keçmiş FTB məsləhətçisi Paul L.Williams da Fətullah Gülən haqqında məqalə qələmə alıb. Williamsın məqaləsindən sonra Gülənin yaşadığı Pensilvaniya ştatında dərc olunan "Pocono Record" qəzeti nurçuların liderinin yaşadığı malikanəyə gedərək onun görüntülərini yayımladı.

Hadisələri böyüdən Williams məqaləsinin ikinci hissəsini də yayımlayır. Olduqca sərt şəkildə qələmə alınan məqalədə Williams Gülən haqqında ağır ittihamlar səsləndirir. Williams yazısında MKİ-nin uzun illərdir Güləni dəstəklədiyini söyləyərək, buna görə MKİ-ni tənqid edir.

Williamsın "Universal Xilafət Pensilvaniyadanmı çıxdı? MKİ bir İslamçının ehtiyaclarınımı ödəyir?" başlıqlı yazısında belə deyir: "Dünyadakı "ən təhlükəli İslamçı" adlandırılan Fətullah Gülən MKİ casusu Graham Fuller və ABŞ Xarici İşlər Nazirliyinin rəsmilərinin yardımı sayəsində Amerikada daimi yaşayış icazəsi aldı və Pensilvaniyadakı qalasında artıq ömrünün sonuna qədər qala bilər.

Fuller Pensilvaniyadakı Federal Məhkəmə tərəfindən Fətullah Gülənə yaşıl kart verilməsi üçün təqdimat məktubu göndərdi. MKİ agenti Gülənin Birləşmiş Ştatlarda sığınacaq və mühafizəyə layiq olduğunu söyləyir. Buna səbəb kimi isə Gülənin təhsil sahəsində yüksək istedada malik bir fərd olduğunu göstərir. Amma Fuller unudur ki, Gülənin heç lisey diplomu belə yoxdur.

Yaxşı, bəs Fuller hakimiyyəti devirmək və yeni bir İslamçı hakimiyyət qurmaq üçün xalqı üsyana təşviq cinayətindən xilas olmaq üçün Türkiyədən qaçan immiqranta niyə dəstək verir? Bunun cavabını sənədlər və araşdırmaçı yazar Sibel Edmonds verir.

MKİ maliyyəyələşdirir

Williams yazır ki, MKİ narkotik qaçaqmalçılığından əldə etdiyi pullarla Fətullah Güləni maliyyələşdirib.
Yazar MKİ-nin niyə Güləni dəstəklədiyi sualına isə belə cavab verir: "MKİ pulu ona görə verir ki, ABŞ Gülənin xərclədiyi pulla inkişaf etməkdə olan ölkələrin neft və təbii qaz ehtiyatlarını öz nəzarəti altına alsın. Bunun üçün Özbəkistan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya respublikalarında radikal mədrəsələr və camaatlar yaradıldı.

Hərəkat Gülənin Osmanlı İmperatorluğunu yenidən qurmaq və universal bir xilafət yaratmaq sınaqlarını dəstəkləyən altı milyondan çox müsəlman tərəfdarının toplaşdığı bir qurum qədər böyüyüb.

MKİ 1999-cu ildən başlayaraq Gülənin Orta Asiyada yeni qurulan ölkələrin rəhbərliyini ələ keçirmək məqsədi ilə köklü baza yaratmaq üçün Türkiyədəki dünyəvi rəhbərliyi devirmək səylərini dəstəkləməyə başladı. Türk səlahiyyətlilər Gülənin niyyətini başa düşdükdə isə "xalqı çevrilişə təşviq cinayəti" ilə onu həbs etmək yoluna baş vurdular. Gülən ölkədən qaçdı və "din xadimi" kimi xüsusi bir mühacir statusu ilə ABŞ-a sığındı.

Williams yazısının davamında bildirir ki, Gülən siyasi iqtidarı yönləndirir. O, birbaşa Güləndən təlimat alan yüksək çinli dövlət məmurlarının adlarını sadalayır.

Williams Gülənin gücünü belə ifadə edir: "Türkiyə AKP rəhbərliyi altında dünyəvi bir dövlətdən 85000 aktiv məscidi - 350 nəfərə bir məscidlə dünyadakı ən böyük göstərici - sayları müəllimlərdən, həkimlərdən çox olan 90000 imamı və dövlət rəhbərliyi altındakı minlərlə İslamçı məktəbi ilə İslamçı bir ölkəyə çevrildi."

Williams Fəthullah Gülən hərəkatına qarşı dünyada artan şübhəni və reaksiyaları belə açıqlayır: "Bəzi ölkələr Gülən təhlükəsini hiss etdilər. Hərəkat Rusiya və Özbəkistanda qadağan edildi. Hətta həmcinsbazlığı belə qəbul etmiş ölkə olan Hollandiya ictimai nizama təhdid yaradacağı səbəbindən Gülən mədrəsələrinə yardımı dayandırıb."

MKİ niyə hələ də Güləni dəstəkləyir

Williams yazısında hələ də MKİ-nin niyə Güləni dəstəklədiyini belə açıqlayıb: "Gülənin Yeni Dünya Nizamı əksəriyyət tərəfindən dəstəklənir. MKİ Gülən hərəkatının Orta Asiya müsəlmanlarını birləşdirmə və beləliklə bu ölkələrin təbii ehtiyatlarının Amerika tərəfindən xoş niyyətlə ələ keçirilməsi mövzusunda müvəffəqiyyətli olacağına inanır.

MKİ casusu Graham Fullerin Gülənə daimi yaşayış icazəsinin verilməsi üçün məhkəməyə etdiyi müraciəti də buna görədir. Fuller hazırda RAND beyin mərkəzinin məsləhətçisidir. Mərkəzin digər məsləhətçiləri arasında ABŞ-ın keçmiş xarici işlər nazirləri Henri Kissincer və Kondoliza Rays, müdafiə naziri Donald Ramsfeld, energetika naziri Ceyms Çeslincer də var.

Bu təşkilat Müdafiə Nazirliyi üçün analizlər hazırlasa da, əslində Mərkəzi Kəşfiyyat İdarəsinin bir şöbəsidir.

Gülənə dəstək verənlər sırasında Abromoviç də var

Williams yazısında Fətullah Gülənə dəstək verən digər amerikalı məmurlardan da bəhs edib: "Gülənə yaşayış icazəsi üçün təkcə Fuller deyil, xarici işlər nazirinin köməkçisi Marc Grossman və ABŞ-ın keçmiş Türkiyə səfiri Morton Abramoviç də tövsiyə məktubu verib. Onların tövsiyə məktublarının əhəmiyyəti daha açıqdır və narahat edicidir."

Williams məqaləsinin sonuna belə yazır: "Yazılarımı izləməyə davam edin, hələ ən dəhşətlisini yazmamışam."

Azərbaycanda “Araz” kursları bağlana bilər

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
280

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
406

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1284
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 13:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru