Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2013
16:22
Aydın Mirzəzadə: “Zaur Həsənovun özünü yandırması cəmiyyət tərəfindən təbii ki, ürək yanğısı ilə qəbul edilə bilər. Lakin bu o demək deyil ki, məhkəmənin verdiyi qərar doğru deyildi. Hər halda bu addımı atmamaq da olardı”

“Hesab edirəm ki, məsələlər emosiyasız, təmkinlə və faktlara əsasən yanaşmaq düzgündür. Həmkarlar Konfederasiyası tərəfindən də məsələ ilə bağlı açıqlama verildi və məlum oldu ki, özünü yandıran Qarabağ əlilinin torpaq məsələsi məhkəmədə öz həllini tapıb. Çox təəssüf ki, vətəndaş problemin yolunu hüquq formada həll etməkdənsə, belə bir addım atdı.”

Bu sözləri FaktXeber.com-a YAP-çı millət vəkili Aydın Mirzəzadə Qarabağ əlili Zaur Həsənovun Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandırması olayına münasibət bildirərkən qeyd edib. Baş verən olayda müxalif dairələrin istifadə edərək insanları qızışdırmağa çalışdığını söyləyən millət vəkili, “ düşünərəm ki, hüquqi dövlətdə yaşadığımıza görə istənilən məsələ hüquqi formada öz həllini tapmalıdır. Hər halda istərdim ki, vətəndaşlar özlərini belə ifrat yolu ataraq həyatları üçün əlavə problemlər yaratmasınlar”, - deyə bildirdi.

“Özünə qəsd edən Zaur Həsənov iki məhkəmə instansiyasına şikayət ünvanlanmasına baxmayaraq, probelemi öz həllini tapmadı. Belə bir vəziyyətdə hansı hüquqi həll variantdan danışmaq mümkündür”, - sualını da cavablandıran Aydın Mirzəzadə bildirdi ki, Zaur Həsənov üçün hüquqi prosedurlar hələ sona çatmamışdı: “Onun özünü yandırması cəmiyyət tərəfindən təbii ki, ürək yanğısı ilə qəbul edilə bilər. Lakin bu o demək deyil ki, məhkəmənin verdiyi qərar doğru deyildi. Hər halda bu addımı atmamaq da olardı.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
277

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
400

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1279
Şərhlər
Cavanşir Rəcəbli tərəfindən 26-12-2013 16:15:14 tarixində yazıldı
Qarabağ əlilləri ilə bağlı
Hörmətli Aydın müəllim mənim sizə böyük hörmətim var, amma sizin bu dediklərinizlə heç razı deyiləm. Qarabağ əlillərinin vəziyyəti ilə deyəsən heç tanış deyilsiniz. Onlar Millət vəkili deyillər ki, biznesmen, rektor və s. erlərdən gəlirindən əlavə yüksək millət vəkili maaşı alsınlar və iclaslarda da iştirak etməsinlər (son günlərdə yayımlanan video görüntülərdə də görünür). Mərkəmələrə üz tutsalarda qara millət kimi onların da hüquqları belə oliqarxlar tərəfindən taptalanır
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 10:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru